t s

» » Vatikan Bakıya Azərbaycana aid arxiv materiallarını təqdim etməyə hazırdır (ÖZƏL)

Vatikan Bakıya Azərbaycana aid arxiv materiallarını təqdim etməyə hazırdır (ÖZƏL)

8-11-2018, 20:04 Yazar:  Gülnar Baxılıb: 36 Çap et
Vatikan Bakıya Azərbaycana aid arxiv materiallarını təqdim etməyə hazırdır (ÖZƏL)
Vatikanla Azərbaycan arasında sıx dostluq münasibətləri formalaşıb. Bu münasibətlər xüsusən humanitar sahədə fəal inkişaf edir.

Bunu Trend-ə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

Yepiskop bildirib ki, Azərbaycan hökuməti humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların bərpasında kömək edib. Bu da iki dövlət arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edək ki, bərpasına 2012-ci ildə başlanılan Marçellino və Pyetro katakombalarının açılışı 2016-cı ilin fevralında Vatikanda, San Sebastian katakombalarının (bərpa işlərinə 2016-cı ildə başlanılmışdı) açılışı isə 2018-ci ilin sentyabrında olub.

V.Fekete vurğulayıb ki, qarşılıqlı humanitar fəaliyyət Müqəddəs Taxt-Tac və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın böyük spektrini nəzərdə tutur:

"Vatikan arxivlərində Azərbaycana aid çox qədim sənədlər, məktub və materiallar aşkar edilib və iki ölkənin hökumətləri səviyyəsində bu maraqlı sənədlərin Bakıda Azərbaycan ictimaiyyətinə geniş şəkildə təqdim olunacağı sərginin keçirilməsi imkanları müzakirə olunur. Hazırda bu məsələ Vatikan və Azərbaycan hökumətləri diqqət mərkəzindədir".

Katolik icmasının rəhbəri xatırladıb ki, Vatikan müstəqil Azərbaycan Respublikasını tanıyan ilk ölkələr sırasındadır:

"İlk dövrdən Müqəddəs Taxt-Tac və Azərbaycan arasında yüksək səviyyəli etibarlı münasibətlər yaranıb və bu gün də davam edir. Hesab edirəm ki, 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” saziş ikitərəfli əlaqələri daha da möhkəmləndirib".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
13:48 Ermənistan təcavüzkar dövlətdir - “The Jerusalem Post” Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
01:58 Papanın və Vatikanın gerçək üzü: Öz Tanrısından pul qazanan, İsanı və dini satışa çıxaran holdinq Vatikan, iqtisadi siyasəti ilə “Dövlət Sosializmi”ni tətbiq edən -özü sosializmə qarşı olsa da- bir Kilsə Dövlətidir rrPapa Francisin sonunda erməni yalanına ortaq olması Vatikanı bütün dünyanın diqqət mərkəzinə çevirdi. İllərdən bəri ermənilərin istədiyi, ancaq Vatikanın rədd etdiyi yalan birinci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az