t s

» » Nazirlikdən MÜHÜM ADDIM: vətəndaşlara pulsuz...

Nazirlikdən MÜHÜM ADDIM: vətəndaşlara pulsuz...

8-11-2018, 19:23 Yazar:  Gülnar Baxılıb: 75 Çap et
Nazirlikdən MÜHÜM ADDIM: vətəndaşlara pulsuz...
Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə "Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aksiya 9, 12, 17 noyabr tarixlərində saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-nin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.


Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:24 Yaşıl soyqırım əhaliyə cəza, işbazlara... Bakıda və regionlarda ağacların kütləvi olaraq qırılmasının müzakirə edildiyi bir vaxtda oxşar hadisə Xaçmaz rayonunda baş verdi. Bu dəfə fərdi sahibkarın özünə məxsus olan təsərrüfat obyektində 10 hektara yaxın olan 20 illik alma bağını məhv etməsi xəbəri yayıldı. Qeyd edək ki, Xaçmaz rayon Arzu
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:04 Vəli Ələsgərovun işgəncəsinin daha bir qurbanı qəzetlərə üz tutdu Naxçıvan şəhərində anadan olmuş, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlu "Hürriyyət" qəzetinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun onun başına gətirdiyi haqsızlıqlardan və özünə qarşı edilən
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az