t s

» » Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı

Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı

8-11-2018, 16:43 Yazar:  Gülnar Baxılıb: 51 Çap et
Cahangir Hacıyevin arvadı azadlığa buraxıldı
Londonda həbs edilən “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva azadlığa buraxılıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Londonun Harrods univermağında 16 milyon funt xərcləyən Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.

55 yaşlı Zamirə Hacıyeva ötən həftə Azərbaycan hökumətinin xahişi ilə London polisi tərəfindən saxlanılıb. O, “Azərbaycan Beynəlxalq Bankı”nın vəsaitini oğurlamaqda ittiham edilib. Zamirə Hacıyevanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs və onun əri pulları qanuni yolla qazanıblar.

Çərşənbə axşamı Hacıyeva 500 min funt girov məbləğ təklif etsə də, prokuror apellyasiya şikayəti verib. Bu gün isə qadın girov nəticəsində azadlığa buraxılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:11 Londonda saxlanılan Zamirə Hacıyeva Azərbaycana gətiriləcək - ilginc faktlar Həbsdəki keçmiş bankir arvadının başı dərddə; Hacıyevanın tutulması ilə bağlı yeni təfərrüat Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə
10:01 Hacıyevanın özü və pulları Bakıya gətirilə bilər? Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyasının qarşısı alınıb. Onun Londondakı vəkilləri bununla bağlı məhkəmə qərarına nail olublar. Bu sözləri Mediaxeberleri.az-a hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev korrupsiya ittihamı ilə həbs edilən Azərbaycan Beynəlxalq Bankının
22:32 Cahangir Hacıyevin arvadı Londonda həbs olundu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda saxlanılıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “Report” BBC-yə istinadən məlumat yayıb. Bildirilir ki, 55 yaşlı Z. Hacıyeva Britaniyada ilk dəfə
07:56 Cahangir Hacıyevin xanımı və qızı da həbs təhlükəsi qarşısında “İzahedilməmiş Sərvət Sərəncamı”na (UWO) əsasən Böyük Britaniya ərazisində 4,4 milyard funt-sterlinqlik şübhəli sərvətin izinə düşüləcəyi proqnozlaşdırılır. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir. Mümkün UWO namizədləri gizli saxta
16:04 Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… – Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”? Bir neçə gündür ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda on milyonlarla dollarlıq xərcləməsinə dair ortaya çıxan faktlar ölkə gündəminin əsas mövzusuna çevrilib. Ərinin dövlətə məxsus bankdan oğurladığı milyonlar hesabına Londonda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az