t s

» » Azərbaycanda ailədaxili mübahisələr üzrə məhkəmə işlərinin sayı 3 dəfəyə yaxın artıb

Azərbaycanda ailədaxili mübahisələr üzrə məhkəmə işlərinin sayı 3 dəfəyə yaxın artıb

8-11-2018, 16:04 Yazar:  Gülnar Baxılıb: 45 Çap et
Azərbaycanda ailədaxili mübahisələr üzrə məhkəmə işlərinin sayı 3 dəfəyə yaxın artıb
Azərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb.

Trend-in məlumatına görə, 2005-ci ildə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılan mülki işlərin sayı 8.727 olduğu halda, 2010-cu ildə onların sayı 12.592 , 2017-ci ildə isə 24.140 olub.

Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub. Belə müraciətlərin sayı illər keçdikcə daha da çoxalıb.

Azərbaycanda məhkəmələrdə 2005-ci ildə nikah müqavilələri ilə bağlı 6.466, 2010-cu ildə 7.921, 2017-ci ildə 13.063 mülki işə baxılıb.

Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı mübahisələrin sayında da artım müşahidə edilib. 2005-ci ildə atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı 432, 2010-cu ildə 621, 2017-ci ildə isə 845 mülki işə baxılıb.

Son 13 ildə övladlığa götürmə və onun ləğvi ilə bağlı mübahisələrin sayı isə azalıb. 2005-ci ildə belə müraciətlərin sayı 702, 2010-cu ildə 571, 2017-ci ildə isə 541 olub.

Valideynlik hüquqlarından məhrumetmə ilə bağlı mülki işlərin sayı ötən müddətdə demək olar ki, çox dəyişməyib. 2005-ci ildə belə müraciətlərin sayı 116, 2010-cu ildə 80, 2017-ci ildə isə 118 olub.

Ötən müddətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı baxılan mülki işlərin sayı isə 25 dəfə artıb. 2005-ci ildə məhkəmələrdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 4 mülki işə baxıldığı halda, 2017-ci ildə onların sayı 103-ə yüksəlib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
10:03 Azərbaycanlı uşaqları hansı ölkə vətəndaşları övladlığa götürür? Azərbaycanlı uşaqları övladlığa götürən əcnəbilər daha çox xaricdə yaşayan soydaşlarımız - xaricilərlə nikaha daxil olan, yaxud vaxtilə Azərbaycanda nikaha daxil olub xaricdə yaşayan, uzunmüddətli tibbi müdaxilələrə baxmayaraq, valideyn ola bilməyən şəxslər olur. Mediaxeberleri.az xəbər verir ki,
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az