t s

» » Bura səhiyyə ocağıdır, yoxsa bazar? - İTTİHAM

Bura səhiyyə ocağıdır, yoxsa bazar? - İTTİHAM

8-11-2018, 15:30 Yazar:  Gülnar Baxılıb: 37 Çap et
Bura səhiyyə ocağıdır, yoxsa bazar? - İTTİHAM
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin qanunsuz hərəkətləri haqda məlumatlar sosial şəbəkələrdə yayılmaqdadır. Məlumata görə, baş həkim şəkərli diabet xəstələrinə ayrılan dərmanlar rayondakı apteklərin vitrinlərində satdırır. Bu xəbəri feysbukda “son xeber” səhifəsi yayıb.

Səhifədə gedən məlumatda bildirilir ki, İ.Əliyevin Cəlilabad səhiyyəsində fəaliyyəti həm tibb personalını, həm pasinetləri boğaza yığmaqdadır.

Tibb personalından hər ay qanunsuz haqq istənməsi, işə qəbulun isə 2000-3000 manat civarında dəyişməsi xüsusi vurğulanır.

Belə ki, Cəlilabad RMX-nın işçisi olmağın qiyməti 3000 manatdan aşağı deyil. Bu vəsaitin müəyyən hissəsinin Səhiyyə Nazirliyinə çatdığı iddia olunur.

Göründüyü kimi, İ.Əliyev prezident İlham Əliyevin siyasətinin əleyhinə fəaliyyət göstərməklə məşğuldur. Yəqin Qüdrət Şükürovun, Cahangir Hacıyevin aqibətini xatırlamır.

Amma bu, Cəlilabadın baş həkimi haqda ilk ittihamlar deyil. “Xahiş edirəm, mənə əlilliyin təyin olunmasına süni maneələr yaradan Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin özbaşınalığına son qoyasınız”.

Bu sözləri fevral ayında Cəlilabadın Söyüdlü kənd sakini Şahverənova Asudə Sabir qızı səhiyyə naziri Oqtay Şirəliyevə şikayətində bildirmişdi.

“Gözlərimin zəif görməsi ilə bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən artıq ikinci dəfə rəy alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasının Oftalmologiya şöbəsindən TSEK-ə çıxarış alıb ikinci dəfədir müraciət edirəm. Baş həkim İlham Əliyevə dəfələrlə müraciət etsəm də, o, məni qəbul etmir və hər dəfə get-gələ salır. Haqsız yerə incidilirəm”,-deyə şikayətlənmişdi.

Yazartv.az yaymışdı ki, baş həkim İlham Əliyevin rüşvətxorluqla məşğul olması araşdırıla bilər. Sayt yazıb ki, əlilliyin təyin olunması qaydaları, saxta stasionar xəstəlik sənədlərinin necə hazırlaması, vətəndaşlara qeyri-qanuni yolla gözdən əlil diaqnozunun hansı üsulla təyin olunması, hansı şöbələrdə hər ay neçə nəfərə saxta stasionar xəstəlik tarixi açılması və s. qanunsuz işlər baş həkim tərəfindən həyata keçirilir.

Cəlilabad rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində baş həkimin birbaşa göstərişinə uyğun olaraq, özü xarici ölkədə istirahət edən şəxslərə, bülleten əvvəlki tarixlərə açılması və bülletenə çıxan xəstələrə verilən əmək haqqının neçə faizinin baş həkimə çatması faktları adiləşib.

Təxirə salınmaz təcili tibbi yardım maşınlarının baş həkimin göstərişinə uyğun olaraq nəzərdə tutulan rayon ərazısındən 6 km aralı olan kəndlərə çağrışa getməli olduğu halda, rayon ərazisindən kənara çıxmırlar.

Buna səbəb 13 litr yanacaq ayrılmasını bəhanə gətirirlər. Nəticədə kəndlərə təcili yardım maşınları xəstələrin yanacaq pulu ilə gedirlər.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasə elə cəlilabadlıların öz dili ilə desək “İRAN BAZARI”nı xatırladır. Qətiyyən inanmaq olmaz ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.

Qarşı tərəfi də dinməyə hazırıq. \\editor.az\\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:49 Sumqayıt şəhər Oftalmoloji Xəstəxanasında görünməmiş rəzillik-həkim baş həkimi ifşa etdi Baş həkim İradə Əliyeva xəstəxanadakı qanunsuzluqları ilə hər kəsə qan uddurur Sumqayıt şəhər sakini, Sumqayıt şəhər Oftalmoloji Xəstəxananın həkimi Arzu Eyvazova Azerbaycaninfo.az-n redaksiyasına şikayət məktubu ünvanlayıb. Şikayətçi yazıb ki, o, 2012-ci ilin setyabr ayından Sumqayıt şəhər
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
17:43 Nazir etimad göstərdiyi TSEK sədrlərini də işdən çıxarır? Cəlilabad-Biləsuvar rayonlarını əhatə edən 30 saylı TSEK-in sədrinin həbsi son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun TSEK sədrlərinə qarşı nəzarət tədbirlərini gücləndirməsi ilə müşayiət olunur, bu sahəyə dair əvvəllər yol verdiyi səhvlərin aradan
09:35 Daha bir TSEK sədri həbs oluna bilər - İTTİHAM VAR İnsaf naminə qeyd etmək lazımdır ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəhbər təyin olunandan sonra bu sahədə xeyli iş görüb. Səlim müəllim köhnə nazirin vaxtında vəzifə tutan bəzi şəxsləri işdən kənarlaşdırmaqla, həmçinin işinə qazanc mənbəyi kimi baxan insanları
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az