t s

» » Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi

Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi

8-11-2018, 09:22 Yazar:  Gülnar Baxılıb: 44 Çap et
Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi
ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan və Amerikanın təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərinin "Downtown Boston Hilton" hotelində Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Amerikanın Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, hazırki bayraq tədbirinin ADR-in 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti tədbir olduğunu qeyd edib, tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına təşəkkürünü bildirib.

Müsəlman şərqində ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının mirası olan bayrağın 100 il öncə cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından bəhs edən səfir Süleymanov, Azərbaycanın müstəqillik qazanmasından sonra bir daha onun ölkəmizin rəmzinə çevrilməsini qeyd edib. Səfir çıxışında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımları xüsusi vurğulayıb. Hazırda Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu forumun Prezident İlham Əliyevin innovasiya siyasətinin uğuru olduğunu qeyd edib və bu günlərdə İnnovasiya Agentliyinin təsis edilməsinin onun innovasiya sahəsinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək, Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlar, startap ekosisteminin inkişafı üzrə görülən işlər, aparılan islahatlar barəsində danışıb.

Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək Dövlət Bayrağı gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs edib.

Qeyd etmək lazımdir ki, eyni gündə Azərbaycandan səfər etmiş geniştərkibli nümayəndə heyətinin iştirakı ilə birinci ABŞ-XƏZƏR İnnovasiya Forumu keçirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:14 MİLLİ BAYRAĞIMIZ HAQDA NƏ BİLİRİK? Azərbaycan türk bayrağının mənəvi – ideoloji mənası Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az