t s

» » Prezidenti və onun qatilini kim niyə öldürdü? - KQB agentinin ilginc dosyesi- Maraqlı

Prezidenti və onun qatilini kim niyə öldürdü? - KQB agentinin ilginc dosyesi- Maraqlı

8-11-2018, 07:52 Yazar:  Azad Baxılıb: 48 Çap et
Prezidenti və onun qatilini kim niyə öldürdü? - KQB agentinin ilginc dosyesi- Maraqlı
ABŞ Prezidenti Con Kennediyə sui-qəsd təşkil etməkdə təqsirləndirilən Li Harvey Osvaldın kimliyi hər zaman ictimaiyyət üçün maraqlı olub. O, kim idi və niyə prezidenti öldürmək istəyib, sualları bu gün də çoxlarını düşündürür.

Teleqraf.com prezidentin qatilinin dosyesini təqdim edir.

Li Harvey Osvald 1939-cu ildə ABŞ-ın Yeni Orlean şəhərində doğulub. 1956-1959-cu illərdə ABŞ ordusunun dəniz piyadası qoşunlarında xidmət edib. Bu dövrdə sosializm ideologiyasından təsirlənən Osvald siyasi baxışlarını dəyişib. Zamanını rus dilini öyrənməyə ayırıb və ordu sıralarını tərk edib.

Sonradan Li Harvey Osvald Sovetlər Birliyindən sığınacaq istəyib. ABŞ ordu zabiti olduğu halda Sovetlər Birliyi üçün işləməyə başlayıb.

İllər keçdikdən sonra Osvald yenidən Amerikaya qayıdıb və Kaliforniya ştatında yerləşib.

Bu dövrdə Osvald Amerikanın Kuba siyasətini ciddi tənqid edib, küçələrdə ABŞ əleyhinə broşürlər yayıb. Buna görə hətta bir çox insanla əlbəyaxa olub.

1962-ci ildə Li Harvey Osvald ABŞ Müdafiə Nazirliyində işə düzəlib, amma KQB casusu olduğu haqda iddialar üzündən işdən çıxarılıb.

Li Harvey Osvald daim Kuba siyasətinə görə tənqid etdiyi ABŞ-ın 35-ci prezidenti Con Kennediyə 1963-cü ilin 22 noyabrında edilən sui-qəsddən sonra əsas şübhəli kimi həbs olunub.

Hadisədən iki gün sonra Cak Ruby adlı Polşa əsilli yəhudi yüzlərlə polisin arasında olan Li Harvey Osvaldı güllələyib.

Cak Ruby adlı şəxsin yüzlərlə polis və FTB əməkdaşları arasında sivrilərək bir güllə ilə Osvaldı öldürməsi çoxlu suallar doğurub.

Con Kennedinin qətlində 3 dəfə atəş açılsa da, kameralarda iki güllənin görüntüləri göstərilib. Bununla belə Kennedinin bədənində 8 yara izi aşkarlanıb.

Yeri gəlmişkən, Varren, Rokfeller və yəhudi əsilli Franl Churicdən formalaşan komissiya Osvaldın bu sui-qəsdi təkbaşına etdiyi haqda mövqe ifadə edib.

Bəzi mütəxəssislər hesab edirlər ki, keçmiş hərbiçi olan Osvaldın sui-qəsd üçün seçdiyi köhnə silah belə bir cinayəti törətmək üçün yararsız olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
10:26 Şəkili qıza vurulan ingilis casusunun ŞOK HEKAYƏTİ Fəlakətlə bitən ailə dramı: bir şəhərdə yaşasalar da, 25 ildir görüşmürlər... “Qızımın bağçada çoxlu rəfiqələri vardı. Onların analarıyla da mən rəfiqəydim. Həmin günü isə heç vaxt unutmayacam. (Kövrəlir) O gün Maşanı bağçadan götürəndə gördüm ağlayır. Elə bildim xəstələnib. Səbəbini soruşdum.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az