t s

» » Bilik Fondu Xaçmazda maarifləndirici tədbirlər keçirib

Bilik Fondu Xaçmazda maarifləndirici tədbirlər keçirib

7-11-2018, 22:57 Yazar:  Gülnar Baxılıb: 44 Çap et
Bilik Fondu Xaçmazda maarifləndirici tədbirlər keçirib
Azərbaycan Prezidenti yanında Bilik Fondu tərəfindən Xaçmazda təşkil olunan “dəyirmi masa”da “Quba-Xaçmaz bölgəsinin abidələri, arxeologiyası və etnoqrafiyası” mövzuda müzakirələr aparılıb.

Fonddan Trend-ə verilən məlumata görə, rayon icra hakimiyyəti ilə birgə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, dosent Elmira Cəfərovanın mühazirə-təqdimatı dinlənib.

Elmira Cəfərova bildirib ki, Quba–Xaçmaz bölgəsinin abidələri Azərbaycan və Cənubi Qafqaz tarixinin öyrənilməsi üçün zəngin mənbə sayılır. Xaçmaz rayonunun Sərkərtəpə, Seyidli, Salmanbulağı, Canaxır, Mollaburxan, Sandıqtəpə, Çinartala, Güllütəpə, Xürünxür, Çiləgir və digər yaşayış yerlərində aparılan arxeoloji qazıntılar ilk tunc dövrünə aid qədim insan məskənlərinin dəqiq stratiqrafiyasını təyin edib. Daş, keramika və dəmirdən hazırlanmış alətlər və bəzək əşyaları, silahlar yerli əhalinin məşğuliyyəti, əkinçilik, sənətkarlıq mədəniyyəti, məişəti, sosial təbəqələşmələri, etnoqrafiyası barədə dəyərli bilgilər verir.

Tədbirdə müasir Xaçmaz ərazisində müstəqillik illərində tarixi əhəmiyyətli çox sayda milli ornamentli abidələrin inşa edildiyi vurğulanıb.

Foto və video təqdimatla aparılan mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb. Çıxışlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tarix və mədəniyyətimizin öyrənilməsinə, təbliğinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.

Xaçmaz şəhər Mehman Məhəmmədov adına 4 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Dövlət atributlarımız və məktəblilərin vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxışı maraqla qarşılanıb.

Hacı Abdulla ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsi, tədqiqi, təbliği ilə əlaqədar imzaladığı sərəncamlar, onların əhəmiyyəti, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Bilik Fondunun həyata keçirdiyi maarifçilik layihələri və tədbirləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, 1920-ci il aprelin 27-də gecə saatlarında bolşevik Rusiyasının Azərbaycana işğalçı hücumunun qarşısını almaq üçün Xaçmazın Yalama stansiyasında Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının və Yalama qarnizonunun XI Qırmızı Orduya qarşı birgə cəsarətli döyüşü hərb tariximizin şanlı səhifələrindən biridir. 70 minlik ordu, 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, “III İnternasional”dan atılan top, artilleriya və pulemyot atəşləri qarşısında geri çəkilməyən Cümhuriyyətin əsgər və zabitləri yerli partizanlarla birlikdə son nəfəslərinə kimi döyüşüblər. Həmin döyüşdə XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də aralarında olmaqla, bir neçə əsgər və zabiti məhv edilib. Yalama qarnizonunun 350 döyüşçüsü şəhid olub, sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün dağlara çəkilib. Aprelin 28-də Qızıl Ordu Bakıya yetişir və son iclasını keçirən AXC Parlamentinə Hökuməti bolşeviklərə vermək barədə ultimatum verilir. Bununla da 23 ay yaşayıb tariximizdə şərəfli iz qoyan Cümhuriyyətimiz süqut edir.

Tədbirdə Bilik Fondunun Xaçmaz rayonu üzrə nümayəndəsi Akif İsmayılov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə dövlətimizin başçısının imzaladığı sərəncamın tarixi keçmişimizə hörmət və ehtiramın, həm də işıqlı gələcəyimizə aydın münasibətin təzahürü olduğunu bildirib.

Natiq ana dilimizin saflığının qorunub saxlanması və inkişafı sahəsində dövlətimizin başçısının imzaladığı son sərəncamın ziyalılar tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb, Prezidentin apardığı dil siyasətinin həyata keçirilməsi üçün pedaqoji kollektivlərin, KİV-lərin, ictimaiyyətin, hər bir vətəndaşın məsuliyyətindən və vəzifələrindən söz açıb.

Maarifləndirici tədbirlər çərçivəsində Xaçmazın təhsil və mədəniyyət müəssisələrinə Bilik Fondunun nəşri olan “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabı hədiyyə edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az