t s

» » Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək- RƏSMİ

Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək- RƏSMİ

7-11-2018, 22:43 Yazar:  Gülnar Baxılıb: 37 Çap et
Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək- RƏSMİ
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərlə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən, mənzillərin verilməsində neqativ halların aradan qaldırılması, şəffaflığın və ədalətliliyin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.


Vətəndaşları düşündürən məsələlərdən biri də paytaxtda və digər rayonlarda başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni evlərlə təmin olunub-olunmayacağıdır. Bu haqda saytımıza çoxsaylı müraciətlər daxil olub.

Qaçqın və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı məsələ Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daima nəzarətindədir və müvafiq qurumlar qarşısında qaldırılır:

"Belə ki, Bakı və Sumqayıt şəhərlərində başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı icra hakimiyyətlərinə müraciət edilib, onların sayı, ailə tərkibi ilə bağlı məlumat əldə olunub və ümumiləşdirmələr aparılıb. Eyni zamanda Ədliyyə Nazirliyinə müraciət edilərək başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı verilmiş məhkəmə qətnamələri toplanıb. Əldə edilmiş məlumatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılıb və təkliflər hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulub.

Dövlət proqramının müvafiq bəndi müəyyən səbəblərdən hələ tam icra olunmasa da, yaxın gələcəkdə bu məqsədlə yeni yaşayış evlərinin tikintisi, yaxud hazır mənzil alınaraq məcburi köçkünlərin ora köçürülməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən işğal olunmuş rayonlar işğaldan azad edilənə qədər məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq 1992-98-ci illərdə məksunlaşdıqları mənzillərdən çıxarılması dayandırılır. Lakin "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 1999- cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının tələblərinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla köçürülə bilər".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az