“BU, ƏSL BLOKADADIR” - “Nədənsə ABŞ, Fransa, Almaniya “dəhliz” tələb etmir...”
“Qəzza zolağında müharibə başlayandan sonra Ermənistan ictimai rəyini anti-İsrail isteriyası bürüyüb. Daxili siyasi qrupların hamısı aralarındakı kəskin mövqe fərqlərinə baxmayaraq, HƏMAS radikallarının İsrailə qarşı ilkin uğurundan sevindiklərini nümayiş etdirirlər”. Mediaxeberleri.Az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov qeyd edib. “Lakin bütün bunlar indi Ermənistandakı ABŞ səfirliyi və hökumət tərəfindən ictimai rəyə yeridilən qərbpərəstliklə toqquşur”, - o əlavə edib. Ekspert xatırladır ki, ABŞ, Fransa, Kanada, Almaniya - bütün bu ermənipərəst polifoniya – İsrailin özünümüdafiə hüququnun dəstəkçisi kimi çıxış etdilər: “Eyni zamanda bu ölkələr İsraili elə formada dəstəkləyirlər ki, İsraili qurban kimi qeyd etmədən zorakılığı dayandırmağa çağıran bütün başqa siyasətçilərə mane olurlar. Hər şey o qədər kobud şəkildə edilir ki, demokratiya və söz azadlığı prinsipləri belə unudulub". F.Məmmədovun sözlərinə görə, ABŞ, Fransa, Kanada, Almaniya 2 milyondan çox insanın yaşadığı Qəzza zolağının İsrail tərəfindən blokadaya alınmasını dəstəkləyir: “Bu isə əsl blokadadır... Nədənsə ABŞ, Fransa, Kanada, Almaniya Qəzza zolağına “dəhliz” və uzunmüddətli müşahidəçi missiyası vasitəsilə sərbəst giriş tələb etmir... ABŞ, Fransa, Kanada, Almaniya İsrailin Qəzza zolağının heç bir fərq qoymadan bombalamasını dəstəkləyir, çünki İsrail bu binalarda terrorçuların olduğuna inanır. Yəni bu, ABŞ, Fransa, Kanada və İsrail üçün kifayətdir... ABŞ, Fransa, Kanada, Almaniya Qəzza zolağında yerləşən HƏMAS-ı terror təşkilatı hesab edir və Qəzzə əhalisi onları ölüm əzabları altında saxlayan və onlara nəzarət edən paramiliter terrorçu qrupların girovluğundadır. Bombalamanın bədəli yüzlərlə dinc sakinin ölümüdür, ABŞ, Fransa, Kanada, Almaniya susur... Eyni şey Qarabağda da erməniləri girov saxlayan, həm də terrora davam edən hərbi xuntaya qarşı baş verdi. ABŞ, Fransa, Kanada, Almaniya terror liderlərini məhv etmək istəyində İsraili dəstəkləyir. Və bu arada Avropa ittifaqının Qafqaz üzrə nümayəndəsi Tovio Klaar Bakını Qarabağ erməniləri və dünya erməniləri arasından çıxmış terrorçu liderləri və maliyyəçiləri azad etməyə çağırır”.