t s

» » Rəcəb Babaşov Qazax müəllimlər seminariyasına baxış keçirib

Rəcəb Babaşov Qazax müəllimlər seminariyasına baxış keçirib

7-11-2018, 20:38 Yazar:  Gülnar Baxılıb: 51 Çap et
Rəcəb Babaşov Qazax müəllimlər seminariyasına baxış keçirib
19-cu yüzilin axırları, 20-ci yüzilin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında Qazax müəllimlər seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olub. Bu Seminariya fəaliyyət göstərdiyi dövrdə Azərbaycana Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər bəxş edib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir.

Azərbaycan təhsilini, ziyalılarını bütün dünyada tanıdan Qazax Müəllimlər Seminariyasının bu il 100 ili tamam olur.
Respublika Prezidenti İlham Əliyevin noyabrın 3-də “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması isə Qazax təhsilinə, bütün qazaxlılara verilən ən böyük qiymətdir. Ən əsası isə ölkə başçısı tərəfindən imzalanan Sərəncamda yer alan dəyərli fikirlər milli təhsilimizə verilən dəyərdir.

Sərəncamda bildirilir ki, “2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.
Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.

Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.

Sərəncamda qeyd olunur ki, Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin”. Sərəncamda qeyd olunan fikirlərdən də görünür ki, Qazax müəllimlər seminariyası milli təhsilimizin başlanğıc dövrüdür.

Mediaxeberleri.az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Qazax müəllimlər seminariyasına baxış keçiriblər. Mövcud vəziyyətlə tanış olaraq sinif otaqlarına baxıblar. Dahi şair Səməd Vurğunun vaxtilə təhsil aldığı sinifdə seminariyanı bitirmiş məzunları, eləcə də o vaxt dərs deyən müəllimləri özündə əks etdirən guşə ilə tanış olublar. Milli təhsilimizin əsasını qoyan seminariyanın tarixinə nəzər salıb, Azərbaycan təhsilinə bəxş etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:12 Qazax müəllimlər seminariyasının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM Prezident İlham Əliyev Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, 2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
11:43 Lui Araqon: "Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır" Azərbaycanın ən böyük şairi Səməd Vurğundu. Müasir Azərbaycan türkcəsində poeziyamızı ən yüksək zirvəyə Səməd Vurğun qaldırıb. Səməd Vurğunun şeirlərindəki yüksək energetika heç bir şairdə yoxdur. Səməd Vurğun şeirlərini oxuyan insan qanad çalıb əngin fəzalarda uçmaq, Azərbaycanı seyr etmək
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az