t s

» » Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA

Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA

7-11-2018, 17:14 Yazar:  Gülnar Baxılıb: 126 Çap et
Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Ağstafa rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq İcra Hakimiyyətinin başçısı mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Cənab Məhərrəm Quliyevin növbəti səyyar qəbul-görüşü Aşağı Göycəli kəndində keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Cənab Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbul-görüşlərini davam etdirir.

Görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri eləcə də kənd sakinləri iştirak ediblər. Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ictimai-siyasi sabitliyindən söz açaraq qeyd edib ki, respublikamızın yaşayış məntəqələrində belə gedən dinamik inkişaf dövlətimizin qüdrətinin bariz nümunəsidir. Elə Aşağı Göycəli kəndində görülən işlər də bu deyilənləri bir daha təsdiq edir. Belə ki, Ağstafa rayonunun Aşağı Göycəli kəndi mavi qazla təchizatı yüz faizə çatdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunur, bu kəndi də əhatə edən və əsaslı şəkildə yenidən qurulan avtomobil yolunu və görülən digər işləri misal çəkə bilərik. Qeyd olundu ki, cari ildə Aşağı Göycəli kəndində tibb məntəqəsində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.

Sonda cənab Məhərrəm Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA
Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA
Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA
Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA
Aşağı Göycəli kəndində növbəti səyyar görüş keçirildi - AĞSTAFADA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az