t s

» » Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı

Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı

7-11-2018, 16:49 Yazar:  Gülnar Baxılıb: 40 Çap et
Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı
9 oktyabr tarixinə olan məlumata görə, 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsələrinə dair sənəd daxil olub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, sənədlərə İşçi qrupu tərəfindən baxıldıqdan sonra 114 şəhid hərbi qulluqçunun 146 vərəqəsinə birdəfəlik ödəmənin verilməsi təsdiq olunub:

“Həmin vərəsələrin sənədləri Maliyyə Nazirliyinə təqdim olunub. Bu ilin sonuna qədər vərəsələrin yarısına bu vəsaiti vermək imkanımız olacaq. Növbəti ildə digər yarısına bu vəsaitin verilməsi nəzərdə tutulub”.

İdris İsayev bildirib ki, vaxtilə ödəmə alan şəhid hərbi qulluqçuların yaxınları tərəfindən gələn şikayətlərə də baxılıb:

“Aidiyyəti orqanlardan şikayətlərin araşdırılması üzrə sənədlər istəmişik. Şikayətçilərin bir qismi vaxtilə dönüş almadıqlarını bildirirlər və adları siyahıda yoxdur. Onlara dair əldə etdiyimiz sənədlərdən bəlli olur ki, 80 müraciət üzrə sığorta ödənişinə dair sənədlər mövcuddur və yanlış olaraq şikayət edirlər”.

“Şikayətlərin bir qismində anlaşılmazlıq da olub. 10-dan artıq halda həmin şəxslər səhv olaraq müraciət ediblər. Onların adı siyahıda var”, - deyə nazir müavini qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:00 Şəhid ailələri nazirliyi məhkəməyə verə bilər Sərdar Cəlaloğlu nazirliyin sığorta haqqı ödəməkdən imtinasının Konstitusiyaya zidd olduğunu deyir Məlum olduğu kimi, bəzi şəhid vərəsələrinə birdəfəlik ödəmələrdə problem yaranıb. 11 min manat sığorta haqqını almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən bəzi şəhidlərin
09:24 Şəhid ailələri nazirliyi məhkəməyə verə bilər - PROBLEM Məlum olduğu kimi, bəzi şəhid vərəsələrinə birdəfəlik ödəmələrdə problem yaranıb. 11 min manat sığorta haqqını almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən bəzi şəhidlərin ailə üzvlərinə onların bu hüquqdan məhrum edildiyi bildirilib. Səbəb isə 1990-cı illərdə Dövlət
22:18 Narazı şəhid vərəsələri vaxtilə ödəmə alıblar - NAZİRLİKDƏN AÇIQLAMA Əvvəllər birdəfəlik ödəməni almadıqlarını iddia edən bir qrup vərəsənin əslində bu ödəməni aldıqları sənədlər əsasında təsdiqini tapıb. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib Bildirilib ki, Azərbaycan Respublikası
18:30 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları (VİDEO) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi üçün müraciət qaydaları ilə bağlı mətbuat konfransı keçirilib. Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizin
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az