t s

» » Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olunub - İcra Hakimiyyəti

Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olunub - İcra Hakimiyyəti

7-11-2018, 15:47 Yazar:  Nuhu Baxılıb: 37 Çap et
Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olunub - İcra HakimiyyətiNoyabrın 5-6-da cənub bölgəsində yağan leysan xarakterli yağışlarla bağlı Astaraçay çayında suyun səviyyəsinin artması nəticəsində Astara rayonunun Rudəkənar kəndində 35 ailə təxliyə edilib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib. Onun sözlərinə görə, hazırda Astaraçayda vəziyyət normallaşıb: "Dünən axşam saatlarından ehtiyat tədbirləri məqsədi ilə kənddən 35 ailə təxliyə edilib. Həmin ailələr qohumlarının evlərində yerləşdirilib. Bu gün səhər saatlarında çayda suyun səviyyəsi enib və ailələr evlərinə köçüblər. Hadisə nəticəsində bir neçə evin həyətyanı sahəni su basmışdı. Yəni, 35 ailənin hamısının həyətini su basmayıb. Sadəcə biz təhlükəsizlik məqsədilə həmin ailələri köçürmüşdük ki, əgər yağış kəsməsəydi, ciddi fəsadlar ola bilərdi. Çünki keçən il də Astaraçay daşmışdı və əhaliyə ciddi ziyan dəymişdi. Amma bu dəfə xoşbəxtlikdən əhaliyə heç bir ziyan dəymədi".

İ.Malıyev bildirib ki, hazırda rayonda və Rudəkənar kəndində vəziyyət tam normaldır: "Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində və digər ərazilərdə bəndbərkitmə işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasinda isə güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78 mm təşkil edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:38 Oktyabr ayına olan hava proqnozu açıqlandı Oktyabr ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
17:57 DİQQƏT: Bakıya yağış, bəzi rayonlara qar yağacaq Ölkə ərazisində martın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə
14:06 Avqust ayına olan hava proqnozu açıqlandı Azərbaycanda avqust ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq
17:02 Sabahdan hava şəraiti kəskin pisləşəcək Güclü şimal-qərb küləyi əsəcək. Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər zəif duman, çiskin olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az