t s

» » Ölkənin maraqlarına qarşı olan müddəalar Alışanovun elmi işində necə yer alıb? - İLGİNC

Ölkənin maraqlarına qarşı olan müddəalar Alışanovun elmi işində necə yer alıb? - İLGİNC

7-11-2018, 10:18 Yazar:  Günel Baxılıb: 26 Çap et
Ölkənin maraqlarına qarşı olan müddəalar Alışanovun elmi işində necə yer alıb? - İLGİNCMəmurların alimlik eşqinə düşməsi həmişə yaxşı nəticə vermir. Xüsusən ölkədən kənarda “müdafiə” olunan “elmi” işlərdə siyasi-tarixi və mənəvi saxtalaşdırmalara yol verilir. Böyük elmdə “iz qoymağa” çalışmış AzTV sədri Arif Alışanovun 2004-cü ildə Moskvada, Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutunda müdafiə etdiyi dissertasiyanı da bu qəbildən saymaq olar. Hələ müavin olduğu vaxtlarda elmə baş vurmuş indiki sədr, uzun müddət elmi işini ictimaiyyətdən gizli saxlamağa çalışıb.
İndi məlum olur ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya məsələlərinə həsr olunmuş həmin araşdırmada ciddi siyasi təhriflər, Azərbaycan əleyhinə müddəlar var. Belə anlaşılır ki, dissertasiya rus dilində olduğundan Alışanov nüansları tuta bilməyib, ya da siyasi prosesləri lazımınca dərk etməməsi səbəbindən həmin təhrifləri görməyib. Bu təhriflər daha çox rusların və etnik ermənilərin Azərbaycanı tərk etməsinin səbəbləri, Azərbaycanın milli siyasəti, ölkəmizdəki iqtisadi proseslər və bu prosesə aid statistikanın təqdimatında özünü göstərir.


Məsələn, Alışanov faktiki olaraq 90-cı illərin ortalarında Azərbaycanı ruslar üçün dözülməz şərait yaratmaqda günahlandırır və avtoreferatın 19-cu səhifəsində belə yazır: “Sovet İttifaqının dağılmasından sonra (…) Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi”.

Təbii ki, belə yanaşma problemə sırf Rusiyanın baxışıdır. Axı 1997-ci ildə Azərbaycanda tam sabitlik hökm sürürdü, Moskva ilə münasibətlər qaydaya düşmüşdü və Alışanovun yazdığı kimi heç bir rus Bakıdan getmək məcburiyyətində qalmamışdı.

A.Alışanov dissertasiyada Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini qeyd etsə də, bu konfliktin ərazi iddiaları ilə bağlılığını göstərmir, dolayısı ilə Azərbaycanın ərazi bötövlüyünün əleyhinə gedərək Qarabağın statusunun mübahisəli olduğunu qeyd edərək belə yazır: “80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12).

İşğala məruz qalmış bir ölkənin televiziya kimi ideoloji qurumunda sədr müavini kimi yüksək vəzifə tutmuş bir məmurun belə “incə” yanaşması təəccüb doğurur.

Alışanov, sanki Azərbaycan ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan “diplomatik” şəkildə imtina edir, həqiqəti deməməyə, rus alimləri qarşısında “qərəzsiz” görünməyə çalışır.

Alışanov araşdırmasında şayiə səviyyəsində gəzən fikirlərə, o cümlədən, guya Rusiyada çalışan azərbaycanlıların hər il öz vətənlərinə 2,5 milyard dollar vəsait göndərməsi haqda qeyri-rəsmi, uydurma mülahizələrə də də istinad edir. Ən pisi odur ki, iqtisadçı alim bunu naşıcasına Qərb investorlarının Azərbaycanın neft sənayesinə qoyduğu sərmayənin həcmi ilə müqayisə edir.

Dissertasiyada Azərbaycan iqtisadiyyatının 2000-ci illərdəki durumu, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, miqrasiya prosesinin səbəb və mərhələləri, miqrantların gəlirləri, ölkəmizin neft sənayesinə qoyulan investisiyalar, mərhum Heydər Əliyev dövründə aparılmış iqtisadi siyasət və s. barədə də ciddi yanlışlıqlar var ki, bunların açıq müzakirəsinin keçirilməsi və ortaya çıxan suallara “Vətənə xidmət ordeni” olan A.Alışanovun cavab verməsi çox vacibdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az