t s

» » Həbib daha bir döyüş keçirməlidir - Öhdəlik

Həbib daha bir döyüş keçirməlidir - Öhdəlik

7-11-2018, 07:53 Yazar:  Gülnar Baxılıb: 37 Çap et
Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan olan Həbib Nurməhəmmədov Müstəqil Döyüş Çempionatı (UFC) ilə bağladığı müqaviləyə görə daha bir döyüş keçirməlidir.

Mediaxeberleri.az Həbib daha bir döyüş keçirməlidir - Öhdəlik rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz müsahibəsində UFC ilə imzalanmış müqaviləyə görə Həbib Nurməhəmmədovun daha bir döyüş keçirməli olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da keçirilən UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüşün başa çatmasından sonra həm döyüşçülər, həm də komandalarının nümayəndələri, o cümlədən rusiyalı qaydasız döyüş ustası Zübeyr Tuhuqovun iştirakı ilə atışma olub. Nəticədə UFC 229 turnirində baş verən hadisəyə görə Tuhuqovla İrlandiya təmsilçisi Artyom Lobov arasındakı qarşılaşma ləğv edilib.

Döyüşdən sonra Nevada Dövlət Atletika Komissiyası (NSAC) Nurməhəmmədova ödənilməli olan iki milyon dollar qonorarın verilməsini istintaqın bitməsinə qədər dondurub.

Bundan sonra Həbib Nurməhəmmədov bildirib ki, onun komandasının üzərindən ittihamlar götürülməyənə qədər UFC ilə yeni döyüşlə bağlı danışıqlar aparmayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:52 Həbibə 50 milyon dollar qonorar vəd edildi UFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb. Onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb. Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib.
18:42 Nurməhəmmədovun meneceri Meyvezerlə döyüş haqqında danışdı Rusiyalı qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz 41 yaşlı boksçu Floyd Meyvezerlə döyüşün MMA qaydaları üzrə keçirilməsi ehtimalının az olduğunu bildirib. Daha əvvəl Mütləq döyüş çempionatının (UFC) prezidenti Den Uayt döyüşün boks qaydaları ilə baş
15:08 Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava - YENİLƏNİB + VİDEO Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov mətbuat konfransında UFC 229 turnirində çempion kəməri adı uğrunda Konor Makqreqor üzərindəki qələbədən sonra hərəkətlərinə görə üzrxahlıq edib. İdmançı bütün Las-Veqasdan, o cümlədən komissiya üzvlərində üzr istəyib. “Bu pisdir,
13:36 Nurməhəmmədova sərt cəza: bir daha UFC-də döyüşməyəcək Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyn Uayt deyib. “Həbib cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az