t s

» » Qazaxda yeni tut bağları salınır - "bəsləsən atlaz olar tut yarpağından"

Qazaxda yeni tut bağları salınır - "bəsləsən atlaz olar tut yarpağından"

6-11-2018, 23:28 Yazar:  Gülnar Baxılıb: 70 Çap et
Qazaxda yeni tut bağları salınır - "bəsləsən atlaz olar tut yarpağından"
Yaşıl tut yarpağı, bəyaz atlas

Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artırılmasına və fəallığın yüksəlməsinə səbəb olub.

Bu il rayonumuzda hər sahədə olduğu kimi kənd təsərrüfatı sahəsində də dönüş yaranıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da xüsusi diqqət göstərərək bu sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün tapşırıqlar verib.
Son zamanlar rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədilə yeni istehsal sahələrinin yaradılması, məhsul bolluğuna nail olunması üçün müasir texnologiyaların tətbiq edilməsi rayonda kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşılmasından xəbər verir.Vaxtilə Azərbaycanda yüksək gəlir gətirən kənd təsərrüfatı sahələrindən olan baramaçılıq sahəsində də son iki il yarım ərzində uğurlu nəticələr əldə edilib.

Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən Qazaxda da bu sahəyə böyük diqqət və maraq göstərilir.

Rayon rəhbəri kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi baramaçılığın inkişaf etdirilməsinə də xüsusi diqqət ayırır. Məhz dövlət tərəfindən olunan dəstəyin, rayon rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, rayonumuzda barama istehsalı ildən-ilə artmaqdadır. İstehsal olunan barama 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4263 kq olmuşdur. Rayon üzrə 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir. Kiloqramla müqayisə etsək 1637,3 kq çox deməkdir.

Təbii ki, baramaçılığın inkişafı ilk növbədə möhkəm yem bazasından asılıdır. Rayonumuzda bu istiqamətdə də məqsədyönlü işlər görülür. Bu məqsədlə 2016-cı ildə rayonda yeni tut bağları salınmış, köhnə bağlar isə bərpa olunmuşdur. Həmin il 24500 ting basdırılmışdır ki, bunun 20000 ədədi Çin Xalq Respublikasından (ÇXR) gətirilmiş, 4500 ədədi isə yerli tut tinglərdir. 2017-ci ildə də tut bağlarının salınması və genişləndirilməsi davam etdirilmişdir. Belə ki, daha 7300 ədəd tut tingləri basdırılmışdır. Bunun da 4300 ədədi meşə idarəsi tərəfindən, 3000 ədədi isə yenə də ÇXR-dan gətirilmişdir.

Sevindirici haldır ki, tut bağlarının salınması və genişləndirilməsi bu il də uğurla davam etdirilir. Bu il də 20000 tut tinginin basdırılması nəzərdə tutulub. 10 min ekologiya idarəsindən, 10 min isə yenə də ÇXR-dan gətiriləcəkdir.Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə ötən il tut bağı salınmış və bu il salınması nəzərdə tutulan rayonun bir neçə kəndində olub.

Birinci Şıxlı kəndində baxış zamanı məlumat verilib ki, 2016-cı ildə 1200 (200-ü yerli, 1000-i ÇXR) ədəd tut tingi basdırılaraq bağ salınmışdır. Bu il isə daha 500 yerli tingin basdırılması nəzərdə tutulmuşdur.İkinci Şıxlı kəndində də 2016-cı ildə 150-si yerli, 1000-i ÇXR-dan olmaqla, 1150 ədəd tut tingi basdırılmış və bağ salınmışdır. Bu il də ekologiya idarəsindən 1000 ədəd tingin basdırılması nəzərdə tutulmuşdur.

Rayon rəhbəri və administrasiya nümayəndəsi Yuxarı Salahlı kəndində salınmış tut bağlarına da baxıblar. Göstərilən aqrotexniki qulluq və bağın mövcud vəziyyəti ilə tanış olublar. Bildirilib ki, digər kəndlərdə olduğu kimi, bu kənddə də 2016-cı ildə 258-i yerli, 2000-i ÇXR-dan olmaqla, 2258 ədəd ting basdırılmışdır. 2017-ci ildə də ÇXR-dan daha 3000 ədəd ting gətirilmişdir. Bu il isə 3500 ədəd ting gətirilməsi nəzərdə tutulmuşdur.

Kosalar kəndində tut bağına baxış zamanı qeyd olunub ki, 2016-cı ildə 1255 (255-i yerli, 1000-i ÇXR), 2017-ci ildə 300 ədəd yerli tut tingləri basdırılaraq bağ salınmışdır. 2018-ci ildə isə ÇXR-dan gətirilmiş daha 3500 ədəd tut tinginin basdırılması və tut bağının salınması nəzərdə tutulmuşdur ki, bunun üçün lazım olan sahə də ayrılmışdır.

Tut bağları ilə tanış olan administrasiya nümayəndəsinə məlumat verilib ki, bağların salınması ilə yanaşı, bütün aqrotexniki qaydalara da vaxtlı-vaxtında əməl olunur.
Rayon rəhbəri tut bağları ilə tanış olduqdan sonra bəzi tapşırıq və tövsiyələrini verib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az