t s

» » XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş

XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş

6-11-2018, 23:01 Yazar:  Gülnar Baxılıb: 38 Çap et
XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş
"Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.

Bunu BakuPost-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, XİN-nin araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: "Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. A. Xudiyev T. Əliyevi səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.

A. Xuduyevin Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid olunub. Çünki səfirlikdə həqiqətən belə bir mənimsəmə faktı var idisə, ilk növbədə Azərbaycanın müvafiq orqanlarına, XİN-ə müraciət oluna bilərdi.

Xatırladaq ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:38 “SƏNİN DAMARLARINDA AZƏRBAYCANLI QANI AXIRSA…” – Deputat səfiri “yıxdı-sürüdü”! Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı qalmaqallı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Məsələ ilə bağlı Modern.az saytı uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar
08:20 AZƏRBAYCAN DİPLOMATİYASINDA NÖVBƏTİ RÜSVAYÇILIQ! – Səfir, keçmiş səfiri tutdurmaq istəyir! “O, səfir kimi vəzifələrinin icrası ilə deyil, şəxsi müstəvidə “razborkalar” aparmaqla məşğuldur” Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev barəsində Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət göndərib! “AzPolitika.info”nun
16:41 “Səfir çalışır ki, azərbaycanlılar bir-birini qırsın” – Kiyevdə Azər Xudiyevə qarşı piket keçiriləcək Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Təəssüflə qeyd edirik ki, aksiyanın təşkilatçıları Ukraynada yaşayan azərbaycanlılardır. Onlar bu aksiya ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin fəaliyyətinə öz etirazlarını ifadə etmək niyyətindədirlər.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az