t s

» » Gürcüstana GEDƏNLƏRİN NƏZƏRİNƏ: əcnəbilərə yaşayış icazəsi sərtləşdirilir

Gürcüstana GEDƏNLƏRİN NƏZƏRİNƏ: əcnəbilərə yaşayış icazəsi sərtləşdirilir

6-11-2018, 21:51 Yazar:  Gülnar Baxılıb: 81 Çap et
Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna nəzərdə tutulan düzəlişlər ikinci oxunuşda müzakirə olunub.

Mediaxeberleri.az
Gürcüstana GEDƏNLƏRİN NƏZƏRİNƏ: əcnəbilərə yaşayış icazəsi sərtləşdirilir
xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası tərəfindən hazırlanmış qanun layihəsi ilə ölkədə əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir.
Layihəyə əsasən, xarici vətəndaş Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün 100 min dollara yaxın dəyəri olan daşınmaz əmlak almalıdır. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ ən azı 35 min dollar təşkil edir. Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.

Bununla yanaşı, Gürcüstanda yaşayış izninin alınması üçün investisiyaların minimal həcmi 300 min lari əvəzinə, 300 min dollar həcmində müəyyən olunub. Yaşayış icazəsi haqqında sənəd qeyri-müəyyən müddətə deyil, yalnız 5 il müddətinə təqdim olunacaq.

Əcnəbi vətəndaşa illik dövriyyəsi lari ekvivalentində 120 min dollar təşkil edəcəyi halda da 5 illik yaşayış icazəsi verilə bilər.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, 2012-2016-cı illərdə Gürcüstanda 70 min əcnəbi yaşayış icazəsi alıb. Onların da 10 min nəfərini tələbələr təşkil edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə, təxminən, 100 minə yaxın xarici vətəndaş qanunsuz yaşayır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Miqrasiya Məcəlləsinə dəyişikliklər şərh edildi Dövlət Miqrasiya Xidməti (DMX) Miqrasiya Məcəlləsinə dəyişiklikləri şərh edib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda qeyd olunub ki, miqrasiya sahəsində Azərbaycanın qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsinin məqsədi vətəndaşların, əcnəbilərin və
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
23:15 Azərbaycanda bu partiyalar ləğv olunacaq - SİYAHI Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az