t s

» » Fazil Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?

Fazil Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?

6-11-2018, 14:47 Yazar:  Nuhu Baxılıb: 48 Çap et
Fazil Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?Üç ilə yaxındır idman karyerasını başa vuran azərbaycanlı boksçu Fazil Məmmədov peşəkar boksa qayıtmağa hazırdır.

Mediaxeberleri.az xəbər verir ki, Məmmədovun qayıtmasının yeganə şərti erməni idmançı David Avanesyana qarşı Yerevanda görüşün təşkilidir.

Fazil Məmmədov 2016-cı ilin fevralında WBF və WBCA versiyası üzrə ağır çəkidə dünya çempionu olub, sonra isə karyerasını başa vurub. Bir müddət əvvəl sosial şəbəkə boksçu rinqə qayıtmaq arzusunu bildirib, ancaq qeyd edib ki, yalnız Avanesyanla və yalnız Yerevanda döyüşmək istəyir.

“Mənim şərtlərim birmənalı və konkretdir. Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir”, - Məmmədov yazıb.

Xatırladaq ki, paylaşımdan sonra rusiyalı promouter, “Titov Boxing Promotion” şirkətinin direktoru Aleksey Titov Azərbaycan və Ermənistan arasındakı problemlər səbəbindən döyüşü təşkil etməyin çətin olduğunu açıqlayıb. Ancaq qeyd edib ki, razılıq əldə olunsa, şirkət 2019-cu ilin ortalarında Məmmədov-Avanesyan görüşünün təşkilatçılığını üzərinə götürməyə hazırdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:55 Çaldıran döyüşü haqqında 11 mif Mediaxeberleri.az APA TV-yə istinadla tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin Çaldıran döyüşü ilə bağlı 11 mif barədə məlumatını təqdim edir: 1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş olub. Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif səbəbləri
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az