t s

» » Mehriban Əliyeva: “Muğam Azərbaycanın ən böyük sərvətlərindən biridir”

Mehriban Əliyeva: “Muğam Azərbaycanın ən böyük sərvətlərindən biridir”

6-11-2018, 07:45 Yazar:  Gülnar Baxılıb: 42 Çap et
Mehriban Əliyeva: “Muğam Azərbaycanın ən böyük sərvətlərindən biridir”
“Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir”. Modern.az xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı bildirib.



Mehriban Əliyeva qeyd edib:

"Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar".



Birinci xanım bildirib ki, muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir:



"Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:54 Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ömrünün 54-cü baharına qədəm qoyur. Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
14:03 Rufiz Qonaqov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır” “Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vaxtında və yerində verilmiş tarixi qərardır. Bu təyinat dövlətimizi daha güclü edəcək, sabitliyimizi
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az