t s

» » İlham Əliyev: “Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil”

İlham Əliyev: “Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil”

6-11-2018, 07:42 Yazar:  Gülnar Baxılıb: 35 Çap et
İlham Əliyev: “Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil”
“Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür”.


Mediaxeberleri.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalayıb:

“Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:35 Vüqar Rəhimzadə: Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az