t s

» » Vüqar Rəhimzadə: Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək

Vüqar Rəhimzadə: Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək

6-11-2018, 07:35 Yazar:  Gülnar Baxılıb: 72 Çap et
Vüqar Rəhimzadə: Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor qeyd edib ki, bu gün Azərbaycanın zəngin tarixi, mədəniyyəti bütün dünyada geniş şəkildə təbliğ edilir:

"Artıq ölkəmiz siyasi gücü, iqtisadi imkanları ilə yanaşı, qədim ənənələlər üzərində yaranan, formalaşan və inkişaf edən dövlətçilik tarixi, milli mənəvi dəyərləri ilə də tanınır. Bununla yanaşı, Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı mühüm fərman və sərəncamlar imzalayıblar, Azərbaycan dilinin saflığının qorunmasına diqqət və qayğı ilə yanaşıblar. Bu mənada dövlətimizin başçısının 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanını xüsusi olaraq vurğulamaq lazımdır. Sənədə əsasən, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək”.

V. Rəhimzadə dövlət dilindən istifadə ilə bağlı mövcud vəziyyət və perspektivlərdən də danışıb:

“Qədim tarixə malik olan dilimiz istər lüğət tərkibi, istərsə də qrammatik imkanları baxımından kifayət qədər zəngindir. Təəssüf ki, hər kəs bu zənginlikdən lazımi qaydada istifadə etmir. Mətbuat işçisi olaraq bəzən televiziya və radio kanalları, internet resursları, qəzetlər və müxtəlif reklamlarda ədəbi dil normalarının kobud şəkildə pozulmasını müşahidə edirəm. Xüsusilə əcnəbi sözlərin yerli-yersiz işlədilməsi adi hala çevrilməklə yanaşı, dilimizin saflığına öz mənfi təsirini göstərir. Şübhəsiz ki, yeni yaradılacaq “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs bu sahədə hüquqi tənzimləməni aparmaqla yanaşı, daim Azərbaycan dilinin istifadəsinə nəzarət tədbirlərinin həyata keçirilməsinə, baş verə biləcək neqativ halların aradan qaldırılmasına imkan verəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az