t s

» » YURDUN ADINI UCALDANLAR - Biləndərli Abbasəli Əliməhəmməd oğlu

YURDUN ADINI UCALDANLAR - Biləndərli Abbasəli Əliməhəmməd oğlu

5-11-2018, 23:27 Yazar:  Gülnar Baxılıb: 101 Çap et
YURDUN ADINI UCALDANLAR - Biləndərli Abbasəli Əliməhəmməd oğlu
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi - Bir vaxtlar bu yurd yeri ən böyük kəndlərdən biri olub. Bu kənd Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına görkəmli nümayəndələr bəxş edib.

Bu kəndin yetişdirdiyi görkəmli şəxsiyyətlərindən danışarkən, inandığı ideallar uğrunda bütün varidatından keçən, dövlət xadimi, ilk dəfə latın əlifbasına keçidin təşəbbüskarı olan Səməd ağa Ağamalıoğlunu da xatırlamamaq mümkün deyil. Bu siyahını daha da uzatmaq olar. Lakin bu yazı kəsəmənlilər haqqında deyil, boşaldılmış yurd yeri olan Minevli Qıraq Kəsəmənin yetirməsi olan SSR-nin fəxri neftçisi, Azərbaycan SSR-nin əməktar mühəndisi, Lenin mükafatı laureatı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təkcə SSRİ-də yox, hətta dünya miqyasında tanınmış məzunu Biləndərli Abbasəli Əliməhəmməd oğlu haqqındadır.


Biləndərli Abbasəli Əliməhəmməd oğlu 1912-ci il mart ayının 21-də Qazax qəzasının Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.

O, neft sahəsi üzrə ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışmaqla bərabər, geniş elmi fəaliyyətlə də məşğul olub. Biləndərli Abbasəli 1963-70-ci illərdə Azərbaycan “Dənizneft” İstehsalat Birliyində baş mühəndis, 1970-ci ildən isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-tədqiqat və Layihə İnstitunda labaratoriya müdiri kimi fəaliyyətə başlamışdır. O, bu yorulmaz fəaliyyəti ilə siravi neftçidən, neftçi alimə və texnika elmləri namizədinə qədər yüksəlmiş, Azərbaycan elminin və neft sənayesinin inkişafına öz tövhələrini vermişdir. Onun əməyi nəticəsində minlərlə gənc mariflənərək yüksək ixtisaslı kadr kimi ölkəmizin neft sənayesi sahəsində böyük xitmətlər göstərmişdir. O, böyük mütəxəsis-alim olaqla bərabər qayğıkeş-alicənab bir insan olmuş və daim kasıblara, imkansızlara əl tutmuşdur. Böyük alim Abbasəli Biləndərlinin xidmətləri daim dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir və o, 1960-cı ildə Azərbaycan SSR-nin əməktar mühəndisi fəxri adına, 1970-ci ildə isə Lenin mükafatı laureatı və SSR-nin fəxri neftçisi adına layiq görülmüşdür. Abbasəli Biləndərli habelə dörd orden və medullarla təltif olunmuşdur.

Azərbaycan Neft Sənayesinin inkişafında yüksək xidmətlər göstərmiş böyük alim, həmyerlimiz Abbasəli Biləndərli 1991-ci ildə Bakıda vəfat etmişdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az