t s

» » Aktyorlardan Milli Məclisə etiraz: İmkan verin, çəkək

Aktyorlardan Milli Məclisə etiraz: İmkan verin, çəkək

5-11-2018, 11:40 Yazar:  Günel Baxılıb: 27 Çap et
Aktyorlardan Milli Məclisə etiraz: İmkan verin, çəkəkMilli Məclisdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlara, o cümlədən, teatrla bağlı qanuna dəyişikliklər müzakirə yaradıb.
Mediaxeberleri.az
xəbər verir ki, bəzi deputatlar teatr səhnəsində siqaretin məhdudlaşdırılmasını düzgün hesab etməyiblər.
Sənət adamları isə məsələ ilə bağlı sosial mediada etiraz aksiyası başladıb. Onlar “İmkan verin, çəkək” həşteqi ilə etirazlarını bildirərək Milli Məclisin deputatlarına müraciət ediblər.
Əməkdar artist Rasim Cəfər, aktyor Kamran Ağabalayev, o cümlədən, bir sıra teatr və kino nümayəndələrinin müraciəti aşağıdakı kimidir:
“Kino və teatr hər şeydən əvvəl yaradıcı, ümumdünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edirik, anlayırıq, sevirik və ortalığa çıxarırıq.
Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Təqdim edərkən biz yaradıcı gücümüzlə tam azad şəkildə, heç bir qadağa olmadan sənətlə məşğul oluruq. Əgər bir obraz siqaret çəkməlidirsə və biz hər hansısa bir qadağa ilə onu yığışdırırıqsa, deməli, saxta və yalançı bir iş görürük.

Eyni zamanda, bu, bizim yaradıcılıq azadlığımızın kobud şəkildə pozulmasıdır. Təbii olaraq siqaretin zərərləri hamıya məlumdur və bir çox ölkələrin televiziya efirlərində bunun üçün müəyyən formada qadağalar var. Ancaq bu, heç bir sivil, mədəni inkişafı olan ölkədə kinoteatrda göstərilən filmlərə və ya teatr səhnəsində oynanan tamaşalara aid ola bilməz. Çünki kino və teatr televiziya efiri deyil.

Sənətini sevən kino və teatr sənətçisi bu qadağanı qəbul edə bilməz və etməməlidir. Yazıb sizə bildiririk ki, “Kino və teatrda tütün vasitələrinin qadağası” ilə bağlı qanun yaradıcılıq azadlığımıza və sənətimizə müdaxilədir və sizə müraciətimiz budur ki, bu qanunun tətbiqini ləğv edəsiniz”.

Qeyd edək ki, sosial şəbəkədə digər istifadəçilər də Milli Məclisin müzakirəsini düzgün saymayıb və sənət adamlarına dəstək verib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
10:44 Asif Ata: “Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir” Asif Ata ilə 21 il əvvəl olmuş bu söhbətdə kino sənətinin mahiyyəti haqqında danışılır. İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü -Atayla bu təmasımız Kino ilə bağlıdır. İlk sual belədir: Kino haqqında Atamızın fikri. - Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az