t s

» » Övladlarının ömrünü uzatmaq valideynlərin əlindədir

Övladlarının ömrünü uzatmaq valideynlərin əlindədir

4-11-2018, 09:51 Yazar:  Gülnar Baxılıb: 46 Çap et
Övladlarının ömrünü uzatmaq valideynlərin əlindədir
"Valideynlər öz uşaqlarının ömrünü mürəkkəb fəndlərə əl atmadan 13 il uzada bilərlər". Qadin.az milli.az-a istinadən verdiyi məlumata görə, Bunu məşhur britaniyalı aşpaz Ceymi Oliver deyib.

Sağlam qida sahəsi üzrə ekspertlər də onun dediklərinin doğruluğunu təsdiqləyiblər.

Çoxlarına elə gəlir ki, uşaqlarda şirniyyata xüsusi hərislik var və həyatda həqiqətən də balacaların dondurma və konfetlərə böyük sevgisini göstərən kifayət qədər nümunə mövcuddur. Lakin C.Oliverin sözlərinə görə, bu heç də belə deyil. Yəni uşaqlar heç də şirin və yağlı qidadan istifadə üzrə proqramlaşmayıblar. Onun sözlərinə görə, bunu yadda saxlayaraq, valideynlər zərərli məhsullardan qaçmaqla "uşaqlar üçün cəlbedici olan sağlam qida" hazırlaya bilərlər.

Məşhur aşpazın fikrincə, ilk növbədə, məktəblərin yaxınlığında qeyri-sağlam qidaların satışı qadağan edilməli, tərkibində şəkər olan məhsulların satışına isə əlavə vergi tətbiq edilməlidir. Dediklərini sübut etmək üçün mütəxəssis bu yaxınlarda mətbuatda dərc olunan sarsıdıcı rəqəmlərİ misal gətirir. Həmin rəqəmlərə görə, hər on uşaqdan biri ibtidai məktəbə daxil olarkən aşkar görünən piylənmədən əziyyət çəkir, uşaqlar 10-11 yaşlarında olarkən bu rəqəm artır və artıq hər beş nəfərdən biri piylənməyə mübtəla olur.

Qidalanma üzrə ekspertlər ən sadə məhsullardan çox dadlı yeməklərin hazırlanmasının mümkün olduğunu deyən Ceymi Oliverin şərhləri ilə həmrəy olduqlarını bildiriblər. Onların sözlərinə görə, valideynlər, ilk növbədə, öz övladlarında piylənmənin inkişafına, daha sonra isə bu problemdən qaçmaqda onlara kömək etməyə görə məsuliyyət daşıyırlar.

Britaniya mətbuatında dərc olunan ekspert açıqlamalarında deyilir: "Piylənmədən əziyyət çəkən uşaqların yuxarı yaşlarda daha piyli olacaqları ehtimalı böyükdür. Həmçinin, onlar ürək xəstəliklərindən, 2-ci tip diabetdən, insult və xərçəngin bir neçə növündən əziyyət çəkəcəklər. Onlar, habelə sümük və oynaqlarla bağlı problemlərin inkişafı, yuxuda tənəffüsün dayanması ilə bağlı böyük riskə məruz qalacaqlar".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:52 Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür. Virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
02:11 Pəhriz saxlamağın təhlükəli tərəfləri - Bunlara diqqət! “Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az