t s

» » Akademik Cəlal Əliyevin elmi yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı olub

Akademik Cəlal Əliyevin elmi yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı olub

2-11-2018, 18:12 Yazar:  Gülnar Baxılıb: 44 Çap et
Akademik Cəlal Əliyevin elmi yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı olub
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmilər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən təşkil edilib.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov akademik Cəlal Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da taxılçılıq ölkələrin ərzaq təhlükəsizliyinin təminatı baxımından kənd təsərrüfatının əsas strateji sahələrindən biridir. Məhz bu səbəbdən akademik Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının ən məhsuldar dövrü, əsasən, Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı olub. Mübaliğəsiz demək olar ki, elmi-praktiki əsaslar üzərində qurulan bitki seleksiyası sahəsində ölkədə qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. İlkin seleksiya nailiyyətlərinin təsərrüfatlara sürətlə tətbiqini təşkil etmək üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal Əliyevin bilavasitə təşəbbüsü və kollektivin iştirakı ilə elmlə istehsalatın sıx əlaqəsinin yaradılması istiqamətində addımlar atılmış və bu, öz bəhrəsini vermişdir. Əkinçilik İnstitutu ilə respublikanın toxumçuluq təsərrüfatları arasında əlaqələrin bir mərkəzdən idarə edilməsi nəticəsində taxıl istehsalı sürətlə artmış, yaradılmış yeni buğda sortlarının toxumçuluğunun yüksək səviyyədə təşkili və təsərrüfatlara tətbiqi mümkün olmuşdur. Bu gün fermerlər tərəfindən, həmçinin iri taxılçılıq təsərrüfatlarında geniş şəkildə becərilən “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Qızıl buğda”, “Ləyaqətli 80”, “Zirvə 85” yumşaq buğda sortlarını bu mənada xüsusi olaraq qeyd etmək lazımdır. İndi aqrar sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydugu bir şəraitdə əkin sahələrinin təkmilləşdirilməsinə, innovativ texnologiyaların tətbiqinə, şəffaflıgın təmin olunmasına, əkinçilik mədəniyyətinin yüksəldilməsinə, yeni məhsuldar bitki sortlarının yaradılmasına və tətbiqinə daha çox ehtiyac duyulur. Bu məsələnin uğurlu həllində akademik Cəlal Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərmiş elmi kollektivlərin, yaratdığı və himayə etdiyi elmi məktəbin böyük rolu var.

İmran Cümşüdov akademik Cəlal Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşadığını və onun elmi ideyalarının tələbələri tərəfindən layiqincə həyata keçirildiyini nəzərə çatdırıb.

Sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Akademik Cəlal Əliyevin aqrar elmin inkişafında rolu”, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Yaqub Quliyevin “Beynəlxalq elmi təşkilatlarlarla əlaqələrin yaradılmasında akademik Cəlal Əliyevin rolu” mövzularında çıxışları dinlənilib.

Tədbirdə digər çıxış edənlər akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az