t s

» » Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

2-11-2018, 11:33 Yazar:  Günel Baxılıb: 33 Çap et
Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdiBakı Apellyasiya Məhkəməsində müğənni Təranə Qumral barəsində cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Mediaxeberleri.az xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral dörd min manat məbləğində cərimə edilib.

Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb.

Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib.

Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.

Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Oxu: Nazənin və Təranənin “ər davası”nda məhkəmə qərarı
Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

Təranə Qumralın Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməsi, dediklərinə təkzib verməsi barədə qərar verilib.

Lakin Təranə Qumral məhkəmə qərarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:00 Nazənin və Təranənin “ər davası”nda məhkəmə qərarı Müğənnilər Nazəninlə Təranə Qumral arasında uzun müddətdir davam edən məhkəmə prosesinin sonuncu iclası bu gün baş tutub. Nazəninin vəkili, “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, Təranə cərimələnib: “Müğənni Təranə Qumralın əməlində cinayət
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az