t s

» » “Bəzən dəb xatirinə, ailə qurmaq üçün hicab bağlayırlar”- Hacı Şahin Həsənli

“Bəzən dəb xatirinə, ailə qurmaq üçün hicab bağlayırlar”- Hacı Şahin Həsənli

29-10-2018, 19:14 Yazar:  Gülnar Baxılıb: 52 Çap et
“Bəzən dəb xatirinə, ailə qurmaq üçün hicab bağlayırlar”- Hacı Şahin Həsənli
“Əvvəl hicab geyinirdi, indi isə hicabda deyil” – bu sözləri son vaxtlar çox eşidirik. Xanımlar müxtəlif niyyətlərlə başına hicab bağlayır, sonradan isə normal geyimlərinə qayıdırlar. Bu isə müzakirələrə səbəb olur, xoşagəlməz söz-söhbətlər ortaya çıxır.


Mövzu ilə əlaqədar tanınmış ilahiyyatçı , “Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənli modern.az-a açıqlama verib. Onun fikrincə, dini hökmlərə əməl etməkdə başlıca məsələ niyyətdir:

“İnsan xeyirxah əməlini Allah rizası üçün yerinə yetirməlidir. İnsan istər hicab geyinmək, istərsə də digər dini vaciblərə əməl etmək istəyirsə, bunu Allahın rizası üçün etməlidir. Bəzən insanlar başqa niyyətlərlə hicaba keçirlər. Kimi axına düşür, kimi, dəb xatirinə, kimi də ailə qurmaq üçün hicab bağlayır. Təbii ki, belə niyyətlərlə hicabı vasitə kimi istifadə etmək yolverilməzdir və günahdır. Din səmimiyyəti sevir, hər bir əməli səmimi şəkildə yerinə yetirməlidir.

Xanımlar hicab geyinib-geyinməməkdə azaddır. Qurani-Kərimdə hicabın bağlanması barədə ayə var, amma bu, insanın öz ixtiyarında olan məsələdir. Yaxşı olar ki, belə məsələlərə qadınlar ciddi yanaşsınlar. Çünki din xatirinə deyil, hər hansı məqsəd üçün hicab bağlayan şəxslər dini dəyərlərin ucuzlaşmasına gətirib çıxarır, başqalarında dinə qarşı inamsızlıq yaradır. Dini cəhətdən vacib nüanslarla, o cümlədən hicabla zarafat etmək olmaz”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:58 Gülnarə İsrafil: "Yəsin surəsinin beş ayəsi" Bağışlayan və mehriban Allahın adı ilə. 1. Yəsin 2. And olsun həkim olan Qurana 3. Həqiqətən sən risalət verilmiş peyğəmbərlərdənsən 4. Düz yoldasan 5. Quran Əziz və Rəhim olan Allah tərəfindən endirilmişdir. "Bismilləhir rahmənir rahim" Bağışlayan və mehriban Allahın adı ilə. Bi-ilə,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az