t s

» » "Araq yox, meyvə şirəsi idi: haqqımda şayiəni yayan ateistdir"- Hacı Surxay Məmmədli

"Araq yox, meyvə şirəsi idi: haqqımda şayiəni yayan ateistdir"- Hacı Surxay Məmmədli

29-10-2018, 08:57 Yazar:  Gülnar Baxılıb: 89 Çap et
"Araq yox, meyvə şirəsi idi: haqqımda şayiəni yayan ateistdir"- Hacı Surxay Məmmədli
Son günlər ilahiyyat elmləri doktoru, İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin sosial şəbəkədə paylaşılan süfrə ətrafındakı fotosu geniş müzakirələrə səbəb olub.

Mediaxeberleri.az teleqraf.com-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri süfrədəki meyvə şirəsini hansısa səbəbdən spirtli içki kimi təqdim ediblər və Hacı Surxay Məmmədlinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. İlahiyyatçı professor bu hadisəni yanlış təqdim edənlərə cavab vermək məcburiyyətindəq alıb.



O, bildirib ki, ailəvi dostunun evində qonaq olarkən, meyvə şirəsindən istifadə edib: "Mən 7 yaşından Quran oxuyram. Ömrümdə bir gün də olsun ki, içki məclisində oturmamışam. Kim mənim haqqıma girirsə, mən haqqımı halal etmirəm. Bu yalan şayiəni yayanın səhifəsinə baxdım, ateistdir. Mənim adımdan yalan paylaşım etməklə özün tanıtmaq istəyir. Özü mey əhli olduğu üçün hər gordüyü şüşəni şərab bilir. Bu təxribat xarakterli başlıqlara inanmayın. Yalan, yalan yalandır. Bunu mən möminlər üçün yazıram ki, sui-zən olmasınlar".



Məsələ bağlı açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli sözügedən hadisəni yoxlanılmamış məlumatı insanlar arasında yaymaqla din xadimlərinə qarşı inamsızlıq yaratmıq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu kimi məsələləri adətən, Azərbaycandan xaricdə kimlərsə tərəfindən idarə olunan insanlar həyata keçirirlər: "Bu məsələdə din xadiminin barəsində həqiqətə söykənməyən , əsası olmayan fikirlər yayılıb. Guya o hansısa içki məclisində iştirak edib. Bu, yalandır. Bu məsələləri yoxlamadan, əmin olmadan yaymaq çaşğınlığa səbəb olur, eyni zamanda dövlət -din münasibətlərinə zərər vurur. Çünki belə hallar din xadimlərini nüfuzdan salmaq məqsədi güdür. Düşünürəm ki, bunu kimsə məqəsdli şəkildə edib və bunun heç bir əsası yoxdur".



İlahiyyatçı Rauf Hüseyn də sözügedən foto ilə bağlı yazılanların böhtan və qarayaxma olduğunu bildirib: "Din xadimlərini belə şeylərlə qaralamaq, ləkələmək istəyirlər. Bu sağlam düşüncənin, normal fikrin məhsulu deyil. Hamı bilir ki, islamda birbaşa qadağan olunan şey spirtli içkidir və kimliyindən asılı olmayaraq, heç kim bunu eləməz. Bu qeyri -mükün məsələdir. Hər halda islamı istəməyən və ya Hacı Surxay Məmmədli ilə şəxsi zəmində problemli olan insanlar bunu edirlər. Bu, düzgün deyil. Qarayaxma, şər və böhtana nə islam dinində, nə də sağlam məntiqdə yer yoxdur".

Qeyd edək ki, süfrədə araq şüşəsinə bənzəyən süşədə tərxum suyu olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:04 Şeyxə və onun işçisinə qarşı nahaq ittihamları kim(lər) yazdırır? ARAŞDIRMA Mediaxeberleri.az xəbər verir ki, son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin və bu idarənin təyin etdiyi bəzi ziyalı, savadlı imamlar (axundlar) barədə bəzi saytlarda şər-böhtan xarakterli yalan məlumatlar istinadı olmadan dərc olunur. Bu "yazılardan" daha doğrusu cızma-qaralardan biri də Qafqaz
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
21:51 İstedadlı alim, böyük müəllim, xeyirxah insan - Hüseyin Çəndirli Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə olmarıq, üstəlik bizi də xatırlamazlar Həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İsgəndər oğlu Çəndirlinin anadan
11:18 İslamın sözünü eşidin! Azərbaycanın 1500 məscidində axund səsi nə zaman gələcək? Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Hacı Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısında göstərdiyi əsas xidmətlərindən biri də Bakı İslam Universitetinin yaradılması sayılır. Şeyx Bakıda İslam elminin öyrədən bir tədris müəssisəsinin yaradılması arzusunun onda hələ gənclik çağlarından

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az