t s

» » Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu

Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu

28-10-2018, 23:01 Yazar:  Sərxan Carçı Baxılıb: 512 Çap et
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Sakini olduğum Qazax rayonunun Çaylı kəndi təxminən üç yüz il əvvəl Qıraq Kəsəmən kəndindən köçüb gələn ailələr tərəfindən salınıb. Qıraq Kəsəmən kəndi igidlik, qəhrəmanlıq simvolu olan İsrafil ağanın, Qaçaq Kərəmin yurdudur. Zəngin mənəvi tarixə malik olan kənd inzibati ərazi bölgüsündə hal-hazırda Ağstafa rayonunun payına düşür.

Barəsində çox yazsam da, bu kənddə heç olmamışdım. Bu yay dostlarla birlikdə getdik ulu babalarımızın yurduna. Kənddə bizi jurnalist dostumuz Ələddin Kəsəmənli (Qarayev) qarşıladı. Kəndin tarixi yerlərini gəzdik, qədim türbələrini ziyarət etdik. Tədqiqata ehtiyacı olub, dağılmaq üzrə olan tarixi qülləyə baş vurduq. Həmçinin İsrafil ağanın dağılmaq üzrə olan yurdunda olduq. Yeri gəlmişkən xüsusi ilə qeyd etmək istəyirəm ki, Qıraq-Kəsəmən kəndi bir neçə istiqamət üzrə tarixi araşdırmaya ehtiyacı olan kənddir.

Daha sonra Ələddin Kəsəmənlinin özünün də təşkilatçılığı ilə tikilən kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Təbii ki, oradan da yollandıq bir neçə ay öncə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Adil Tatarovun məzarı başına.

Adil Əli oğlu Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. Ailədə beş uşağın yeganə oğul övladı olan Adil orta məktəbi bitirəndən sonra, 2017-ci ildə hərbi xidmətə gedib.

Adil Tatarov hərbi xidməti dövründə daim nümunəviliyi ilə fərqlənib. 20 may 2018-ci ildə Azərbaycan –Ermənistan sərhəddinin Naxçıvan Muxtar Respublikası ərazisində düşmənin növbəti təxribatının qarşısını almaq üçün döyüşə qatılır və həmin döyüşdə xüsusi qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Həmin vaxt Adilin hərbi xidmətini başa vurub evə dönməsinə cəmi bir neçə ay qalıbmış. Yaxşı yadımdadır, kəsəmənlilərin şəhidlərini izdihamlı mitinqlə qarşılamaqları bütün ölkəyə səs salmışdı. Şəhid hərbiçimizi böyüyüb boya-başa çatdığı kəndin qəbiristanlığında son mənzilə yola salıblar. Dəfn mərasimində şəhidimizin sinif yoldaşları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Adil Tatarovun keçdiyi döyüş yolundan danışılanlar ağızdan-ağıza gəzməkdədir. Müəllimlərinin, sinif yoldaşlarının, dostlarının söylədiklərinə görə hər zaman qəhrəmanlıq arzusunda olub və “Əsgərlik insan həyatında bir dəfə olur. Gedirsənsə ya qəhrəman olmalısan, ya da şəhid olmalısan” deyirmiş.
Heç təsadüfi deyil ki, Adil Əli oğlu Tatarov Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə “Şücaətə görə” medalı ilə təltif olunub. Medal Adilin ailəsinə təqdim edilib.

Məzarını ziyarət edəndən sonra Adilin doğulub boya-başa çatdığı evə də baş çəkdik. Doğmaları evin bir otağını “Şəhid Adil Tatarov otağı” ediblər. Otaq əməlli başlı muzeydir. Orada gördüklərimiz Adil barədə danışılanların, ona verilən medal və mükafatların heç də təsadüf olmadığını bir daha təsdiq etdi. Qısa ömründə aldığı diplomlar, tərifnamələr və s. mükafatlar indi onun otağını bəzəyir. Doğmaları onun paltarlarını, hərbi çəkmələrini də qoruyub saxlayır. Çox ağır olsa da həmin otaqda Adil atası Əli kişi ilə söhbətləşib, xatirə şəkli çəkdirdik.

Adilin qatılıb, şəhid olduğu döyüşün nəticəsi olaraq təxminən bir həftə davam edən əməliyyatdan sonra Şərur rayonunun Günnüt kəndi düşmən işğalından azad olunub. Həmin döyüşlər nəticəsində ümumi olaraq Naxçıvanın 11 000 hektar ərazisi azad olunub.Otaqdakı xatirə dəftərinə də yazdığım kimi doğrudan da nə qədər ki, Adil kimi oğullar var, bu vətən əsla bölünməz.

Dinimiz İslamda da şəhidlik məqamı müqəddəs və uca zirvə hesab edilir. Heç təsadüfi deyil ki, cənab haqq öz kitabında Allaha və rəsula itaət edənləri peyğəmbərlərlə, sadiqlərlə, salehlərlə və şəhidlərlə bir yerdə olmaqla müjdələyir.

Nisə surəsi 69: Allaha və elçisinə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!

“Şəhid” sözü “şahid” sözündəndir. Allah yolunda savaşan şəxsə şəhid olacağı gün cənab haqq tərəfindən bir çox şeylər (cənnət, hətta rəvayətlərə görə haqqın özü) göstərilir. Və həmin şəxs bu savaşda məhz şəhid olmaq üçün savaşır.

Öyrəndiyimiz İslam elminə görə insan şəhid olmadan da haqqa şahid ola bilər. Bunun üçün isə insan bütün təslimiyyətlərini gerçəkləşdirməlidir. Ruhunu,cismini, nəfsini və sonda cuzi iradəsini Allaha təslim etməlidir. Bütün bu təslimiyyətlər isə elə cənab haqqın zatını qəlbdən diləməklə başlar.

Ənam 52: Səhər-axşam Rəbblərinin zatını diləyərək dua edənləri qovma. Onların əməllərindən sənə, sənin əməllərindən onların üzərinə bir şey yoxdur. Artıq qovsan zalımlardan olarsan.

kəhf 28: Səhər-axşam Onun zatını istəyərək Rəbbinə dua edənlərlə bərabər nəfsini səbrli tut. Dünya həyatının ziynətini diləyərək üzünü onlardan çevirmə. Qəlbini zikrimizdən qafil etdiyimiz və havasına tabe olanları kimsələri istəyərək işində həddi aşmış olanlara itaət etmə!
Leyl 20: O sadəcə uca rəbbinin vəchini (zatını) dilədi.

Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu
Kəsəmənli Günnüt qəhrəmanının məzarı ziyarət olundu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az