Bu rayonlarda güclü külək başladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 14:00-a olan məlumatına əsasən şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Bu barədə Mediaxeberleri.Az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: