t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ - GİLEY

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ - GİLEY

23-10-2018, 13:05 Yazar:  Gülnar Baxılıb: 174 Çap et
Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ - GİLEY
Bu ildən etibarən bir neçə rayonun orta məktəblərində siniflərin komplektləşdirilməsinə start verilib. Şagird sayı yetərli olmayan siniflərin birləşdirilməsini nəzərdə tutan komplektləşdirmə Tovuz rayonunda da həyata keçirilib. Təhsil Nazirliyinin təlimatına uyğun olaraq Hümbət Vəliyev adına Əlibəyli kənd tam orta məktəbinin şagird sayı az olan I və III sinifləri birləşdirilərək bir sinif yaradılıb. Bu isə düşmənlə təmas xəttinə yaxın yerləşən Əlibəyli kənd sakinlərinin narazılığına səbəb olub.


Düşmən səngərinin bir addımlığında yerləşən Əlibəylidə orta məktəbi


Valideynlər Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətdə komplektləşdirilmə nəticəsində övladlarının tədrisdən geri qaldığını, dərs mənimsəmənin aşağı səviyyədə olduğunu bildiriblər. Onlar komplektləşdirmənin düşmən səngərinin bir addımlığında yerləşən Əlibəylidə orta məktəbin bağlanmasıyla nəticələnəcəyini düşünürlər. Çünki artıq bir neçə valideyn övladını sözügedən məktəbdən çıxararaq, qonşu kənd, yaxud rayon mərkəzinə göndərib.

Kənd sakinlərinin qənaətinə görə, düşmənə sipər olan Əlibəylidə bir sinfin bağlanması bir kəndin boşaldılması deməkdir.

Valideyn Elxan Ələsgərov müxtəlif yaş, dünya görüşü və bilik səviyyəsinə malik şagirdlərə bir sinifdə dərs keçirilməsini uşaqların gələcəyinin məhv edilməsi kimi dəyərləndirir: "Bu il birinci sinfə gələn uşaqlar heç bağçaya getməyiblər. Hərəsi bir ailədən gəlib, dərsdə özlərini aparmağı, partada oturmağı belə, bilmirlər. Eyniyaşlı paralel siniflərin birləşdirilməsi başa düşüləndi, amma belə fərqli yaşda şagirdlərin bir yerdə təhsil alması uşaqlarımızın gələcəyinin məhvinə aparacaq" — deyə kənd sakini problemi izah edir.


Əlibəylidə orta məktəbində dərs prosesi


Digər valideyn Minayə Həsənova da bu cür təhsildən razı qalmadıqlarını və övladlarını çıxarıb rayon mərkəzində məktəblərdən birinə göndərmək fikrində olduqlarını bildirib: "Müəllimə deyirlər ki, hər sinfə 22 dəqiqə vaxt ayırsın. Bu uşaq 22 dəqiqəyə nə öyrənməlidir? Müəllim dərs keçsin, tapşırığı soruşsun, yazı yazdırsın, hansına çatdırsın? 1-cilərlə məşğul olanda 3-cülər mane olur, 3-cülərlə məşğul olanda 1-cilər. Bu uşaqların valideynləri döyüşlərin ən qızğın vaxtında belə, məktəbə həvəslə gedirdilər, amma indi dinc vaxtda uşağı məktəbə göndərə bilmirik".

Sədaqət Məmmədova isə Əlibəyli kimi düşmən mövqeyində yerləşən bir kəndin sakinlərinə güzəştlər edilməsi əvəzinə, kəndə problemlər yaradıldığını bildirib: "Müharibənin ən qızğın vaxtında belə, bu məktəb dayanmayıb, camaat evlərini tərk etməyib. İş-güc olmadığından, əkin sahələrinin erməni postlarının nəzarətində olduğundan gənc ailələrin çoxu dolanışıq dərdindən çıxıblar kənddən. O səbəbdən ibtidai siniflərə gələn uşaqların sayı da azalıb".

"Kənddə qalanlar belə şeylərə görə məcbur olub tərk edəcək kəndi. Uşaqlara yaxşı təhsil verə bilmək üçün məcburuq ki, aparıb başqa yerlərdə oxudaq" — deyən S.Məmmədova Əlibəylidən çox savadlı adamlar çıxdığını, bu uşaqlarınsa belə təhsillə onların davamçısı ola bilməyəcəyini söyləyib.

Sakinlər onu da qeyd ediblər ki, məsələylə bağlı yerli orqanlara müraciət ediblər. Lakin onlara yerli aidiyyatı qurumların bu işdə heç bir səlahiyyəti olmadığı, qərarın Təhsil Nazirliyi tərəfindən verildiyi bildirilib. O da deyilib ki, vəziyyətdən narazı valideynlər övladlarını istədikləri məktəbdə oxutmaqda sərbəstdirlər.


Bir neçə dəfə mərmi düşdüyündən qəzalı vəziyyətdə olan məktəbdə dərslər öz qaydasında davam edir


Üç tərəfdən düşmən postlarının nəzarətində olduğundan istinad divarlarının əhatəsində yerləşən, bir neçə dəfə mərmi düşdüyündən qəzalı vəziyyətdə olan məktəbdə isə dərslər öz qaydasında davam edir. Birləşdirilmiş sinfin müəllimi Gülçöhrə Tağıyeva ildən-ilə məktəbdə şagirdlərin azaldığından gileylənib.

O bildirib ki, bu cür şərait məktəbin gələcəkdə şagirdsizləşməsinə səbəb olacaq: "40 ildir bu məktəbdə sinif müəllimi işləyirəm. İlk sinfimdə 33 şagirdə dərs keçmişəm. Amma bu gün 6 nəfər 3-cü, 8 nəfər isə 1-ci sinfə gəlir. 1-cilərdən birini valideyn artıq çıxarıb başqa məktəbə aparıb. Bu vəziyyət müəllim üçün də çətindir. Hazırda 1-cilərə əlifba keçirəm, 3-cülərsə vurma cədvəli öyrənməlidir. Məndə bu kəndin sakini kimi, bir müəllim kimi cəbhə bölgəsində mövcud problemləri nəzərə alıb, cəbhə kəndlərinə müəyyən güzəştlər olunmasını istərdim".

Məktəb haqda məlumat verən direktor Rasim Əliyev məktəbdə 27 müəllim işlədiyini, 108 şagirdin təhsil aldığını bildirib. Qeyd edib ki, siniflərin komplektləşdirilməsinə Təhsil Nazirliyinin təlimatı ilə bu ildən başlanılıb: "Komplektləşdirilmiş siniflərlərin yaradılması sovetlər dövrünün praktikasında da mövcud olub. Müstəqilliyimiz dövründə də bu barədə qərarlar qəbul olunub. Yəni burda qeyri-qanuni bir şey yoxdur. Sadəcə valideynlər və müəllimlər sərhəd bölgəsində yerləşən bu məktəbin gələcəyi üçün güzəştlər edilməsini istəyirlər".

Məktəb direktoru rəhbəri olduğu məktəbdə siniflərin birləşdirilməsinin tədrisə təsir etməməsi üçün əllərindən gələni etdiklərini vurğulayıb. Dərslərin nəzarətə götürüldüyünü, dinləmələr aparıldığını, keyfiyyətinin düşməməsinə çalışdıqlarını bildirib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan əlaqədar təşkilatlara da sorğu ilə müraciət edib. Sputnik Azərbaycanın sorğusuna Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova cavab verib. Onun sözlərinə görə, Tovuz Rayon H. Vəliyev adına Əlibəyli kənd tam orta məktəbində sinif birləşməsi ilə əlaqədar müvafiq araşdırma aparılıb: "Müəyyən edilib ki, 2018-2019-cu tədris ilinin sinif şəbəkəsi formalaşdırılan zaman məktəbin ibtidai sinifləri üzrə 1-ci sinifdə 8 şagird, ikinci sinifdə 16, 3-cü sinifdə 6 şagird, 4-cü sinifdə 16 şagird olub. 1-ci və 3-cü siniflərdə şagird sayı cəmi 14 olub, Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən sinifdə şagird sayı 20-dən az olduğu nəzərə alınaraq 1-ci və 3-cü siniflər birləşdirilərək müvafiq sinif komplekti yaradılıb. Əlavə olaraq qeyd edirik ki, qeyd olunan sinifdə tədris mövcud təlimati qaydalara uyğun şəkildə icra edilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az