t s

» » Mübariz Qurbanlı: “Ailə məzarlığı”na son qoyulacaq - ÖZƏL

Mübariz Qurbanlı: “Ailə məzarlığı”na son qoyulacaq - ÖZƏL

23-10-2018, 12:57 Yazar:  Gülnar Baxılıb: 55 Çap et
Mübariz Qurbanlı: “Ailə məzarlığı”na son qoyulacaq - ÖZƏL
İslam dini buyurur ki, məzar, qəbir itməlidir, məzarlar, qəbirlər fərqlənməməlidir. Amma bizdə bir az fərqlidir. Ona görə də Azərbaycanda məzarlarla, məzarlıqlarla bağlı yeni qaydaların tətbiqi nəzərdə tutulur.

Bunu Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, bu yöndə məsələlərin tənzimlənməsi üçün öncə qanun layihəsinin hazırlanması və parlamentə təqdim olunması nəzərdə tutulsa da, sonradan fikir dəyişilib, məzarların, məzarlıqların qaydalarla tənzimlənməsi daha məqsədəuyğun sayılıb:

“Çünki qanunla bu məsələni tənzimləmək olmaz, bunu ancaq qaydalarla tənzimləmək olar. Düzdür, indi də məzarlarla, məzarlıqlarla bağlı qaydalar var, mövcuddur, amma orada bəzi məsələlər yoxdur, öz əksini tapmayıb.

Odur ki, yeni qaydaların tətbiqinə ehtiyac yaranıb. Qeyd edim ki, qaydalar üzərində xeyli müddət işlər gedib, burada bizim komitə ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, İqtisadiyyat Nazirliyi də birgə fəaliyyət ortaya qoyub.

Bu məsələ Nazirlər Kabinetində, baş nazirin müavini Əli Əhmədovun yanında da müzakirə olunub. İndi onun təsdiqi qalır və məlumatlara görə, yeni qaydaların qəbulu, tətbiqi mümkün olacaq”.

Komitə sədri qeyd edib ki, təsdiqlənəcəyi və tətbiqinə başlayacağı təqdirdə, yeni qaydalar ancaq yeni salınacaq məzarlıqlara, məzarlara şamil olunacaq.

“Əvvəliki qəbirlərin, məzarların, məzarlıqların heç birinə toxunulmayacaq. Bəzən belə sözlər eşidilir, yəni, kimlərsə əsası olmadan deyirlər ki, bəs necə olacaq, məzarı dəmir hasara almışam, sökəcəklər, filan. Belə bir şey yoxdur, heç nəyə toxunulmayacaq. Bu, sadəcə, yeni salınacaq məzarlıqlar, məzarlar üçün nəzərdə tutulur. Yəni, məzarlar məzar daşı, sinə daşı və baş daşından ibarət olacaq.

Ölçülər göstəriləcək, məzarların, qəbirlərin biri digərindən hündür olmayacaq. Eyni və iki standart olacaq. Ölü, dəfn sahibi bu iki standartdan birini seçəcək, seçim edəcək. Yanbayan məsafə, məzarlıqla yaşayış məntəqəsi arasındakı məsafə müəyyən ediləcək.

Kimsəsiz insanların dəfni, şəhidlərin dəfni, eyni zamanda, məzarlıqların idarəçiliyi bələdiyyələrin balansında olacaq. Dini Komitə məzarlıqların yalnız reyestr xidmətini göstərəcək. Məzarlıqlarda, qəbiristanlıqlarda “ailə məzarlığı” məsələsinə son qoyulacaq.

Çünki insanlar var ki, ölməmişdən qabaq gedib özləri, yaxınları üçün məzar, qəbir yeri götürür, böyük bir ərazini hasarlayır. Yeni qaydaların tətbiqindən sonra heç bir əlavə yer götürməyə icazə verilməyəcək. Yalnız vəfat edən qadın öncədən vəsiyyət edərsə, əri üçün onun yanında yer saxlanılacaq, yaxud, ər vəsiyyət edərsə, arvadı üçün yanında yer saxlanılacaq. Başqa kimsəyə icazə verilməyəcək.

Dünyanın əksər yerlərində məzarlıqlara girəndə məzarların hamısı eyni görünür, bizdə isə fərqlidir, bu fərq aradan qaldırılacaq. Bir daha qeyd edirəm ki, bunlar yeni qaydalar təsdiqlənəndən və onların tətbiqinə başlandıqdan sonra mümkün olacaq”, - deyə komitə sədri əlavə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az