t s

» » Füzuli Məmmədovdan ağır ittiham: “Diaspor fəaliyyətini “arvad hamamı”na döndərərək...”

Füzuli Məmmədovdan ağır ittiham: “Diaspor fəaliyyətini “arvad hamamı”na döndərərək...”

21-10-2018, 00:38 Yazar:  Gülnar Baxılıb: 285 Çap et
Füzuli Məmmədovdan ağır ittiham: “Diaspor fəaliyyətini “arvad hamamı”na döndərərək...”
“Bu gün Hollandiyada erməni iftirası ilə üzləşmiş Hollandiya Azərbaycan Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının məhkəməsində oldum... Və onun dəyərli şəxsiyyətilə bir daha qürur duydum. İlhan bəyin məhkəmədəki çıxışı tək kəlmə ilə möhtəşəm idi. Əslində İlhan bəyə qarşı irəli sürülən ittihamların uydurma, saxta olduğu, açıq-aydın siyasi motiv daşıdığı tam ortada idi. İlhan bəy məhkəmə heyəti qarşısında yüksək iradə göstərərək Azərbaycana və Türkiyəyə qarşı aparılan böyük oyunun əsl mahiyyətini açaraq Avropanın zaman-zaman yürütdüyü ikili standartlı ifşa etdi...”

Mediaxeberleri.az xəbər verir ki, bu barədə açıqlama ilə azərbaycanlı iş adamı, diaspor fəalı Füzuli Məmmədov çıxış edib.

F.Məmmədov məhkəmədə onu heyrətləndirən daha bir məqam haqqında da məlumat verib:

“Bir tərədə Milli Qeyrət nümayiş etdirərək Milli dava aparan İlhan bəy, digər tərəfdə Avropada və xüsusilə Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatlarından heç kimsənin məhkəmədə iştirak etməməsi... Bu etinasızlıq Qarabağ boyda dərdi olan bir millətin faciəsi kimi gözümün önündə canlanmaqda idi”.

F.Məmmədov qeyd edib ki, Avropada və xüsusilə Hollandiyada pafoslu adlar altında “möcud olan” diaspor təşkilatları, Azərbaycanın Milli ləyaqət, Milli qeyrət məsələsində erməni diaspor təşkilatlarının şantaj və yalanları qarşısında İlhan Aşkını yalnız buraxdı:

“Dəyrli dostlar! İlhan Aşkının da təmsil olunduğu AAK adlı Azərbaycanın ən böyük “diaspor” təşkilatının prezidenti Sahil Qasımov və Benilüks diaspor təşkilatının sədri Elsevər Məmmədov məhkəmə keçirilən şəhərdə yaşayırlar. Bu şəxslərin nə özləri, nə də təşkilatlarından bir nəfər belə İlhan Aşkının məhkəməsində iştirak etmədilər. Aldığımız bilgiyə görə, bu şəxslər Hollandiyada diaspor fəaliyyətini “arvad hamamı”na döndərərək azərbaycanlılar arasında dedi-qodu yaymaqla məşğuldurlar... Budurmu sizin diaspor fəaliyyətiniz, budurmu sizin milli qeyrətiniz? Təəssüf ki, İlhan Aşkın Azərbaycanın haqq səsini dünyaya çatdırdığı üçün məhkəməyə çəkildiyi halda nə Azərbaycanın Niderland Krallığındakı səfirliyi, nə də Azərbaycan konsulluğu prosesə bir nəfər belə təmsilçi göndərmədi. Lakin Türkiyənin Niderland Krallığındakı səfirliyinin əməkdaşları, Türkiyənin konsulu və Türk diaspor təşkilatlarının təmsilçiləri bir komanda şəklində məhkəmədə iştirak etdilər. Milli iradəni ortaya qoyan, Milli dava üçün çalışanlara təşəkkür edirik. Hər zaman Milli birlik uğrunda savaşanların, Milli kimliyi uca tutanların yanındayıq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az