t s

» » Badamdar sürüşmə sahəsində vəziyyət gərgindir, evlər dağılır - VİDEO

Badamdar sürüşmə sahəsində vəziyyət gərgindir, evlər dağılır - VİDEO

18-10-2018, 08:09 Yazar:  Gülnar Baxılıb: 94 Çap et
Badamdar sürüşmə sahəsində vəziyyət gərgindir, evlər dağılır - VİDEO
Dünən gecədən yağışların yağması Badamdar sürüşmə sahəsində vəziyyəti gərginləşdirib. Artıq sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı uçqun vəziyyətindədir. Yuxarıdakı tikilinin uçma təhlükəsi var.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bıldırıb. O qeyd edib ki, ərazidə aktivlik davam etməkdədir. Sürüşmə prosesinin nə zaman dayanacağı bilinmir.


Bu gün həmçinin Bayıl qəsəbəsinin Buxta küçəsində sürüşmə baş verib. Hadisə nəticəsində bir ev uçub, digərlərində çatlar yaranıb.


Əziz Qaralov deyib ki, sözügedən ərazi illər əvvəl sürüşmə sahəsi kimi qeydə alınıb. Yağan yağışlar prosesi daha da sürətləndirib.


Hazırda ərazidə divarları çatlamış xeyli sayda digər evlər var. Təhlükəli evlərin sakinləri köçürülmə ilə bağlı qeydiyyata götürülüb.



Mediaxeberleri.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:24 Şamaxıda sakinlər risq altında yaşayır... - İcra hakimiyyəti isə "gücüm yoxdur" deyir... Torpaq sürüşməsi Şamaxı şəhərinin 48 a məhəllə sakinlərini çətin duruma salıb. Sputnik Azərbaycan-a danışan məhəllə sakinlərinin sözlərinə görə, son günlər ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. Sürüşmə zamanı dağlardan gələn torpaq qatı sakinlərin evlərinə xeyli
09:27 500 min sənədsiz ev: Rüşvət səddi sənədləşməyə imkan vermir Ramil Osmanlı: “Hökumət konkret qərarlar qəbul etməlidir” Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərin problemi olaraq qalır. İllərdir ki, həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Bu problem analoji torpaq və evlərin ortaya çıxması ilə
18:21 Bakıda sürüşmə aktivləşib “Səbail rayonu ərazisində, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar əmələ gəlib”. Mediaxeberleri.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz
12:22 Bakı - Sumqayıt yolu çökür Beynəlxalq Avtovağzal kompleksinə yaxın ərazidə yaranan çatlar müəyyən qədər böyüyüb. Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksinə yaxın hissəsində yolda çatlar genişlənib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yolun şəhərə gedən hissəsində çatlarda nəzərə
08:01 Bakının bir çox yerləri sürüşdü Son günlər yağan leysan yağışları ilə əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az