t s

» » Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada

Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada

16-10-2018, 15:56 Yazar:  Səxavət İsmayıl Baxılıb: 337 Çap et
Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada
Bu gün Ağstafa rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.


Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 sentyabr tarixli Sərəncamına uyğun olaraq, oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb.

Mediaxeberleri.az
xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə rayon İcra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və zabitləri, Böyük Vətən müharibəsi veteranları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, çağırışçı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstləri qoydular, Ulu öndərə hörmət və ehtiramlarını bildirdilər.

Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək hərbi xidmətə yola salınan gəncləri təbrik etdi. Onları Vətənin müdafiəsi kimi müqəddəs işdə ayıq sayıq olmağa çağırdı, hərbi nizamnamələrin və komandirlərin tələblərinə əməl etməyi, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etdi. Azərbaycan ordusunun yaranma tarixindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən danışdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis Füzuli Əliyev məruzə edərək bildirdi ki, cənab Prezidentin Sərəncamına uyğun olaraq vətəndaşların həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar təşkilati tədbirlər həyat keçirilir, çağırışçıların hər biri artıq hansı hərbi hissədə qulluq keçəcəklərini qabaqcadan bilirlər. Yola salınan gənclərə tövsiyələrini bildirərək onlara uğurlu xidmət arzuladı. Daha Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını və onlara vətənin layiqli əsgərləri olmalarını tövsiyə etdilər.

Mərasimdə çıxış edənlər dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən ətraflı danışılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu gündən-günə daha da qüdrətlənir, zabitlərimizə və əsgərlərimizə göstərilən yüksək qayğı daim diqqət mərkəzində saxlanılır. Ordumuzun müasir hərbi texnika və silahlarla təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Mərasim iştirakçıları ordu sıralarına yola düşən çağırışçılara hərbi sirlərə mükəmməl yiyələnməyi və Vətənə layiqli əsgər olmağı tövsiyə ediblər.



Sonda gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada
Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada
Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada
Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada
Çağırışçılar hərbi xidmətə yola salındılar – Ağstafada







www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:37 Ağstafada çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi AĞSTAFADA NÖVBƏTİ DƏFƏ GƏNCLƏRİN TƏNTƏNƏLİ HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI MƏRASİMİ KEÇİRİLDİ “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında”
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az