t s

» » Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir - Yeyinti ittihamı

Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir - Yeyinti ittihamı

15-10-2018, 17:37 Yazar:  Gülnar Baxılıb: 90 Çap et
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir - Yeyinti ittihamı
Bir müddət “Yeni Müsavat” qəzetində Tovuz rayonunda istifadəyə verilmiş Tovuzçay su anbarının əhalinin gözləntilərini doğrultmadığına dair material dərc etmişdik. Rayonun Yuxarı Öysüzlü kənd sakinlərinin şikayəti əsasında dərc olunmuş yazıda yerli əhalinin dəryaça hesabına su ilə təminatına dair vədlərin reallaşmadığı, onlarla təsərrüfatın susuzluqdan əziyyət çəkdiyi qeyd olunurdu.

Materialda qeyd etdiyimiz problemə qısa müddətdə Meliorasiya və Su Təsərrüfatı ASC-dən reaksiya verildi. ASC sədrinin birinci müavini Məmməd Sadıq Quliyevin redaksiyamıza göndərdiyi cavab məktubunda qeyd olunurdu ki, materialda əksini tapan məsələlər yerində araşdırılıb: “Tovuz rayonunun relyefcə yüksəkdə yerləşən Aşağı və Yuxarı Öysüzlü təsərrüfatlarının 1660 ha, o cümlədən 300 ha yeni suvarılan torpaq sahələrini Tovuzçay su anbarından suvarma suyu ilə təmin etmək məqsədilə su anbarının aşağı byefində 6 aqreqatlı nasos stansiyasının, basqılı boru kəmərlərinin tikintisi və təmir-bərpası, basqılı hovuzun və 2-ci pillə nasos stansiyasının tikintisi, mövcud suvarma kanallarının təmir-bərpası işləri davam etdirilir. Tovuz rayonunun Aşağı və Yuxarı Öysüzlü kəndlərinə xidmət edəcək II pillə nasos stansiyası hazırda istismara təhvil verilməyib. Buna baxmayaraq, Aşağı və Yuxarı Öysüzlü kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə inşa edilmiş I və II pillə nasos stansiyalarının istismarını yerində yoxlamaq məqsədi ilə Tovuz rayonu İcra Hakimiyyətinin başçısının Yuxarı Öysüzlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin və kənd sakinlərinin iştirakları ilə I pillə nasos stansiyası işə salınıb, vurulan su itkisiz olaraq II pillə nasos stansiyasına çatdırılıb və o işə salınaraq nəql olunan su Aşağı və Yuxarı Öysüzlü kəndlərinin əkin sahələrinə verilib. Hazırda sınaq yoxlamaları davam etdirilir və onların qısa müddətdə başa çatdırılaraq II pillə nasos stansiyasının istismara verilməsi məqsədi ilə podratçı təşkilata müvafiq tapşırıqlar verilib. Yaxın zamanlarda nasos stansiyası tam olaraq istismara veriləcəkdir”.

Bu günlərdə Yuxarı Öysüzlü kəndindən aldığımız məlumata görə, ASC-nin yerli qurumlarının 2-ci pillə nasos stansiyasını istismara verməsi hələ də mümkün olmayıb. Belə ki, nasosların vurduğu suyun təzyiqi kəndə çəkilmiş kəmərin müxtəlif yerlərində sızmalara səbəb olur. Son bir neçə həftədə 2-3 dəfə kəmərə su vurulub, hamısında da sızmalar baş verdiyi üçün dayandırılıb. Kənd sakinləri bildirirlər ki, sızmalar əsasən boruların bir-birinə qaynaq edildiyi yerlərdə qeydə alınır: “Belə böyük həcmli boruları bir-birinə çox keyfiyyətsiz qaynaq ediblər. Nəticədə təzyiqlə vurulan su qaynaq yerlərini partladır”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədov məsələnin qurumun rəhbərinin nəzarətində olduğunu dedi: “Bu istiqamətdə işlər aparılır, məsələ şəxsən sədrin nəzarətindədir. İnşallah, tezliklə məsələ yoluna qoyulacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az