t s

» » Ali məktəblərə sənəd qəbulu başladı

Ali məktəblərə sənəd qəbulu başladı

1-04-2015, 09:33 Yazar:  Aygün Baxılıb: 893 Çap et
Ali məktəblərə sənəd qəbulu başladıVirtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDbK) ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edib.

TQDK-nın mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən xəbərə görə, ərizələrinin qəbulu bu gündən başlayıb, aprelin 30-dək aparılacaq. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.

“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Azərbaycanın ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən, ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrinin təsdiqini aprelin 7-dən aprelin 30-dək təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.

Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:12 Bakıda məktəblərin I siniflərinə şagirdlərin elektron qəbuluna start verilib Bu gündən Bakı məktəblərin I siniflərinə şagirdlərin elektron qəbuluna başlanıb. Mediaxeberleri.az xəbər verir ki, apa-nın məlumatına görə, Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I
15:35 Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı İmtahanda ən yüksək nəticə isə 96 bal olub. 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Mediaxeberleri.az-a verilən məlumata
16:28 Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: - ərizə qəbulu - 03 - 12
10:18 Magistraturaya qəbulun birinci mərhələsi keçirilir Azərbaycanda bu gün ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, imtahanda bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o
23:10 Saxta diplomlarla elektron mübarizə aparılacaq TQDK sədri Məleykə Abbaszadə dünən “Abituriyent” jurnalının təqdimatında bildirib ki, tələbə-məzun bazasında indiyədək qeydiyyatdan keçənlərin sayı 2 milyon 500 minə çatıb. Onlardan 23 minə qədəri TQDK-dan kənar aparılan qəbullar vasitəsilə diploma sahib olub. TQDK sədri güman edir ki, 23 min

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az