t s

» » Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib

Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib

12-10-2018, 18:19 Yazar:  Gülşən Məmmədoğlu Baxılıb: 74 Çap et
Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib
11 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim ilə görüş keçirilib.

Tədbirdə Aİİ-nin müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdül Kərimi və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan C.Məmmədov institutun xarici təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim çıxış edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfir instituta fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı regionların da gündən-günə inkişaf etdiyini deyən səfir müsəlman ölkəsi olaraq bunun onlarda da xoş təəssürat yaratdığını vurğulayıb. Daha sonra səfir bildirib ki, Fələstinlə Azərbaycan arasındakı əlaqələr tarixə söykənir. 2011-ci ildə Fələstinin Azərbaycanda səfirliyinin açılması ilə bu əlaqələr daha da güclənib. İki ölkənin rəhbərliyi arasında daim məsləhətləşmələr aparılır və qarşılıqlı əməkdaşlıq mövcuddur. Azərbaycan və Fələstin beynəlxalq təşkilatlar çərçivəsində, forumlarda bir-birini dəstəkləyir. Azərbaycan müstəqillik qazandıqdan sonra, ölkələrimiz bir-birinin müstəqilliyini tanıyıb. Hələ, sovet dövründən və Azərbaycan müstəqillik qazandıqdan sonra, Fələstin lideri Yasir Ərəfatla Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasında əməkdaşlıq mövcud olub və daim bir-biri ilə əlaqə saxlayıblar.

Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə də toxunub. Ölkənin qədim və indiki dövrü haqqında sənədli materiallar təqdim edən səfir Fələstin probleminin tarixi, bir sıra aspektləri, müasir durumu haqqında ətraflı məlumat verib və bu problemə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin münasibəti haqqında danışıb.

Tədbirin sonunda müzakirə aparılıb, səfir Nasir Əbdül Kərim müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az