t s

» » Bu sexlərdə bişən çörəkləri almayın! - Tərkibində xəstəlik aşkarlanıb

Bu sexlərdə bişən çörəkləri almayın! - Tərkibində xəstəlik aşkarlanıb

12-10-2018, 08:34 Yazar:  Əsmər Baxılıb: 138 Çap et
Bu sexlərdə bişən çörəkləri almayın! - Tərkibində xəstəlik aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Medicina.az-ın məlumatına görə, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.

Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu, Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3” Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən "31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan” MMC-yə məxsus və Xətai rayonu, S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.

Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilib və aşkar olunan nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib olunub.

Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:16 Bakıda çörəkdə təhlükəli xəstəlik aşkarlandı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az