t s

» » Sabahdan Bakının mərkəzi yollarında hərəkət çətinləşəcək

Sabahdan Bakının mərkəzi yollarında hərəkət çətinləşəcək

1-04-2015, 01:16 Yazar:  Aygün Baxılıb: 459 Çap et
Sabahdan Bakının mərkəzi yollarında hərəkət çətinləşəcək“Sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər”.

Aprelin 1-dən 3-dək Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyi dövlətinin rəhbərliyinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə aprelin 1-i saat 13:00-dan etibarən aprelin 3-dək qonaqların iştirak edəcəyi tədbirlər başa çatanadək paytaxtın bir sıra mərkəzi yolları istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək:

“Belə ki, paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq və Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azneft dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov küçələri, eləcədə İçərişəhər, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və əks istiqamətlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Ona görə də sürücülərdən xahiş edilir ki, nəqliyyat sıxlığının yaşanmaması və tıxaclarda qalmamaları üçün qeyd edilən ərazilər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:11 Hər yerdə radar olacaq – YPX-dan açıqlama Azərbaycanda rayonlarda yerli əhəmiyyətli yollarda da radarlar quraşdırılacaq. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
22:38 Sabah paytaxtda bu yollar bağlı olacaq - SİYAHI Sabah paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq. Mediaxeberleri.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”-ə verilən məlumata görə, bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən
08:45 Prezidentlərin Qars səfəri öncəsi şəhərin küçələri bayraqlarla bəzədilib Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars səfəri öncəsi şəhərin küçələri iki ölkənin bayraqları ilə bəzədilib. Prezidentlər Qarsda Azərbaycan tərəfindən həyata keçirilən Heydər Əliyev adına Anadolu Liseyi ilə TANAP layihəsinin təməlqoyma mərasimlərində
00:20 Bakıda yaslara qadağa qoyuldu Paytaxtda iyunun 12-dən 28-dək yas mərasimləri keçirilməyəcək Avropa Yay Oyunları keçirilən zaman Bakıda yas mərasimləri keçirilməyəcək Yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların keçirilməməsi tövsiyyə olunur. Belə ki, yas mərasimləri keçiriləndə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az