t s

» » MEK-də Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb

MEK-də Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb

11-10-2018, 20:16 Yazar:  Gülnar Baxılıb: 86 Çap et
MEK-də Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edib.

Mediaxeberleri.az
-a AMEA Mərkəzi Elmi Kitabxanasından (MEK) verilən məlumata görə, sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri - “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, dünya mənim”, “Ocaq başında”, o cümlədən, şairə həsr olunmuş “Məmməd Araz dünyası” (Vaqif Yusifli), “Məmməd Araz”, “Xalq şairi Məmməd Araz” (İsa Həbibbəyli), “Məmməd Araz” (Eyvaz Eminalıyev), “Bu da belə bir ömürdü...” və digər kitablar nümayiş olunur.

Xalq şairi Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1952-ci ildə "Yanın işıqlarım" şeiri çap edilib. Sonrakı vaxtlarda "Ulduz" jurnalının məsul katibi vəzifəsində çalışıb, "Ədəbiyyat və incəsənət" qəzetində və Azərbaycan Dövlət Nəşriyyatında Baş redaktorun müavini olub. Ədəbiyyata, poeziyaya bağlı olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə də rəhbərlik edib. Şair 2004-cü ildə dekabrın 1-də Bakıda vəfat edib.

Sərgidə nümayiş etdirilən kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq, MRY bazasında yerləşdirilib. Sərgi oktyabr ayının 20-dək davam edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:46 AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana müstəqil elmi mərkəzə çevrilir” - Video AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb. Mediaxeberleri.az xəbər verir ki, akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil
11:17 Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib AMEA Mərkəzi Elmi Kitabxanası(MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. Tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk dünyasının iş qurumları, AMEA institutları, ali məktəblər və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az