t s

» » Bina sakinləri Eldar Əzizovdan kömək istədi - MÜRACİƏT

Bina sakinləri Eldar Əzizovdan kömək istədi - MÜRACİƏT

11-10-2018, 16:21 Yazar:  Gülnar Baxılıb: 124 Çap et
Bina sakinləri Eldar Əzizovdan kömək istədi - MÜRACİƏT
Bakı şəhəri 7-ci mikrarayon, F.Məlikov məhəlləsi, ev 1 Q ünvanında yerləşən binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başçı əvəzi Eldar Əzizov müraciət edib.

Mediaxeberleri.az xəbər verir ki, Cebhe.info-ya təqdim edilən müraciətdə sakinlərin lift problemi əksini tapıb. Sakinlər bildirib ki, liftlərin xərci demək olar ki, onlar tərəfindən ödənilsə də, problem bitmir:

“Hətta bəzi hallarda Bakı Lift İdarəsinin məsuliyətsiz davranışına rast gəldiyimiz üçün lifti kənarda öz hesabımıza təmir etdirmişik. Təkcə bu il ərzində lift 10 dəfəyə yaxın qırılıb, 2 dəfə rotor hissəsini dəyişmişik. İki dəfə Bakı Lift İdarəsi bu məsələdə bizə yardımcı olub. Amma 10 ayda10 dəfə və hər dəfəsində də azı 20 gün liftin işləməməsi bina sakinlərini tamamilə bezdirib. Dəfələrlə Binəqədi icra nümayəndəsinə,Binəqədi rayon İcra Hakimiyyətinin cağrı mərkəzinə, Bakı Lift İdarəsinə şikayət ünvanlamışıq. Ölkə prezidentinə müraciətimizdən sonra idarə lifti təmir edilsə də, ancaq 4 ay işlədi”.

Bina sakinləri bildirib ki, hazırda lift yenə işləmir və idarəyə müraciət cavabsız qalıb:

“Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyi isə susur. Rəis Taryel Qasımov dəfələrlə etdiyimiz zənglərə cavab verməyib, onu yerində tapmaq mümkün olmayıb. Binəqədi rayon İcra Hakimiyyəti sakinlərin müraciətlərini nəzərə alımır. Buna görə də biz sakinlər birbaşa sizə müraciət etməyə məcbur qalmışıq. Xahiş edirik ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovu əməllərinə görə işdən azad etdiyiniz kimi, özlərini “mini oliqarx” satayanlara da əncam çəkəsiniz. Bəlkə ondan sonra bizim binanın da lift problemi həllinu tapa”.

Sakinlərin sözlərinə görə, binada hətta Qarabağ qaziləri də yaşayır:

“Neçə illərdir ki, lift problemi bütün sakinləri ciddi narahat edir. Liftin istismar müddəti başa çatsa da, dəyişdirilməyib. İndiyə kimi bir dəfə olsun əsaslı təmir olunmayıb. İndi yenə bir həftədir lift işləmir, müraciətlərə baxan yoxdur. Hörmətli Eldar Əzizov, bu məsələnin həllində sizdən yardım istəyirik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:24 Baş liftçinin sərvətinin mənbəyi bəsit oğurluq imiş - ŞOK FAKTLAR Baş liftçini həbsə götürəcək sensasion faktlar; Övladının 400 min dollarlıq toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi haqqında heyrətamiz məqamlar açıqlanıb; onun tabeliyində çalışan mütəxəssis hər şeyi açıqladı; dövləti talayıb, iqtidarı aldadıb… Qızının təmtəraqlı toyu və zəngin həyatı
10:47 400 min dollara toy edən vəzifəli məmur “tros oğrusu” çıxdı – sərvətin qaynağı bilindi Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Mediaxeberleri.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az