t s

» » “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir

“Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir

11-10-2018, 15:48 Yazar:  Gülnar Baxılıb: 111 Çap et
“Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir
Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dövrdə hələ də işində dönüş yaratmayan məmurlar iş başındadır. Dövlət başçısının hamını belələrinə qarşı mübarizə aparmağa səsləməsi də təsadüfi deyil. Bu məqsədlə saytımıza daxil olan ilginc məlumatları diqqətinizə çatdırırıq.

Rubrika.Az saytına Xəzər Dəniz Gəmiçiliyi QSC haqqında ilginc məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri Rauf Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə də vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.

Verilən məlumatlarda bildirilir ki, nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik və mühüm qanun pozuntuları adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən-vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrupun isə daha çox gördüyü işi “xüsusi maraqlarla” apardığı bildirilir.

P.S.Mövzu ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi QSC ilə əlaqə saxlamağa cəhd göstərək də, bu mümkün olmadı. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
01:38 Baş redaktor ölkə rəhbərliyinə müraciət etdi “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri ölkə rəhbərliyinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: Məlum olduğu kimi bu gün Azərbaycanda fəaliyyət göstərən əksər mətbu orqanlara qarşı bəzi dövlət məmurları tərəfindən təzyiqlər, yaxud da bu və ya digər formada basqılar hələ də
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az