t s

» » "Sosial şəbəkələrdə söyüş və təhqirə son qoymaq üçün addımlar atılmalıdır" - deputat

"Sosial şəbəkələrdə söyüş və təhqirə son qoymaq üçün addımlar atılmalıdır" - deputat

10-10-2018, 15:17 Yazar:  Gülnar Baxılıb: 105 Çap et
"Sosial şəbəkələrdə söyüş və təhqirə son qoymaq üçün addımlar atılmalıdır" - deputat
"Mən sosial şəbəkələrdən istifadənin əleyhinə deyiləm. Çünki sosial şəbəkələr artıq bizim həyat tərzimizə çevrilib. Ona görə də bunun əleyhinə getməyin heç bir mənası yoxdur. Lakin sosial şəbəkələrdə böhtana, qərəzə, söyüş və təhqirlərə, əxlaqsızlığa və yaramızlıqlara son qoymaq üçün lazımı addımlar atılmalıdır".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

F.Ağamalı deyib ki, sözügedən məsələ Azərbaycanın milli qanunvericiliyində bu və ya digər müddəalarla təsbit oluna bilər:
"Hələ ki, mən bunun qarşısının necə alına biləcəyini düşünə bilmirəm. Çünki sosial şəbəkələr Azərbaycandan idarə olunmur, bunu yaradan biz deyilik. Bildiyimə görə, sosial şəbəkələr ABŞ-dan idarə olunur. Əgər ABŞ-dan idarə olunursa, o zaman bu cür söyüş və təhqirlərə qarşı nə etmək lazımdırsa, biz onu düşünməliyik. Yaxud da sosial şəbəkələrdə əxlaqsızlıq davranış nümayiş etdirənlərə qarşı cinayət məsuliyyəti tətbiq olunmalıdır. Yəni, bu cür halların aradanq aldırılması üçün Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilməlidir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
14:56 Fəzail Ağamalı Ayaz Mütəllibovu “əliqanlı qatil” adlandırdı ANS televiziyasında birbaşa efirə gedən və 20 yanvara həsr olunan “Deməsək, olmaz” verilişində maraqlı hadisələr yaşanıb. Verilişin moderatoru Xoşqədəm Hidayətqızının sualına cavab verən deputat Fəzail Ağamalı 20 yanvar faciəsinin günahkarları sırasında keçmiş prezident Ayaz Mütəllibovun olduğunu
08:21 Siyəzənin deputatı tapıldı və danışdı Tahir Süleymanov: “Bunlar axı kimə, nəyə lazım idi?” Bölgələrdə baş verən etiraz aksiyaları deputatların fəaliyyətini də gündəmə gətirib. Bu arada bəzi deputatlar hətta mövcud duruma görə həmkarlarını da günahlandırır. Məsələn, AVP sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
08:45 Elçibəyin şəkli və Almaniya bayrağı bu xanımı işsiz qoydu: Fəzail Ağamalının partiyasında qalmaqal Ötən gün Ana Vәtәn Partiyasının sәdri, deputat Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı "Facebook" profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb. Mediaxeberleri.az arqument.az-a istinadən xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində məlumat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az