t s

» » Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

10-10-2018, 09:16 Yazar:  Gülşən Məmmədoğlu Baxılıb: 29 Çap et
Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Tədbirdə institutun müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.


Görüş iştirakçılarını salamlayan Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din siyasətindən danışıb. Rektor əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib.
Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə danışan C.Məmmədov institutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyib.

Rektor Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığa malik olduğunu xüsusi vurğulayıb. Rektor bildirib ki, Ç.Abdullayevin əsərləri, nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük maraqla oxunur. Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağının artırmaq olduğunu vurğulayan rektor, bundan sonra institutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin gənclərlə görüşlərinin tez-tez təşkil olunacağını bildirib.

Sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb və uğur hekayəsini bölüşüb.

Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı məsləhət görüb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan yazıçı həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib. Xalq yazıçısı gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün, müxtəlif dillərdə mütaliənin əhəmiyyətini də nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması üçün xarici dilləri bilmək günümüzün vacib şərtlərindəndir.

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
17:30 İlham Əliyev-müasir demokratik siyasi lider obrazı Həyat şahmat taxtasında həlledici fiqurlarla bağlı olan ən vacib məhfum liderlikdir. Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər. Lakin bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur. Özlərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az