t s

» » Elmar Vəliyevə yaxın olan başçı da yola salınır... - İDDİA

Elmar Vəliyevə yaxın olan başçı da yola salınır... - İDDİA

10-10-2018, 09:06 Yazar:  Gülnar Baxılıb: 181 Çap et
Elmar Vəliyevə yaxın olan başçı da yola salınır... - İDDİA
2014-cü ilin oktyabr ayının 14-də Elmar Vəliyev Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin yeni başçısı Nizami Hacıyev ictimaiyyətə təqdim etmişdi. Təqdimatda ən yüksək vəzifəli şəxs kimi Gəncənin sabiq icra başçısı iştirak edirdi və Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında çıxışında Elmar Vəliyev onu xeyli tərifləmişdi.

Nizami rayon İcra Hakimiyyətinin başçısı da yola salınır -

Uzun illər Elmar Vəliyevin rəhbərliyi altında ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışan, daha sonra Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunan Nizami Hacıyev daha sonra etimadı doğrulda bilmədi.

Gəncədə tarixi abidələrin sökülməsi, sahibkarlarea qarşı xüsusi amansız davnarışları ilə ad çıxarmış Nizami Hacıyev Elmar Vəliyevin "sağ əli" olaraq tanınırdı. Gundeminfo.az-a daxil olan məlumata əsasən Gəncəyə yeni icra başçısı təyin edilən Niyazi Bayramov Nizami Hacıyevin vəzifəsindən azad edilməsi üçün yuxarı dairlərə təklif yollayıb. Məlumatlara əsasən Niyazi Bayramov Nizami rayon icra hakimiyyətinin başçısının dəyişdirilməsi üçün bir həftə öncə yoxlamaların nəticələrini toplayıb. Büdcə vəsaitləri ilə bağlı olaraq təyinatı üzrə istifadə faktlarına görə audit tədbirləri də həyata keçirilib. Saytımıza danışan mənbə bildirir ki, ortaya heyrətamiz faktlar çıxıb. Xüsusilə də Nizami Hacıyevin uzun illər Elmar Vəliyevin rəhbərliyi altında təhsil və mədəniyyət işçiləri ilə davranışlarından topladığı "təcrübə"lərə dair ictimayyət arasında fikirlər birmənalı deyil.

Mənbəmiz iddia edir ki, hələlik vəzifəsini icra etsə də Nizami rayonun başçısı Gəncənin icra başçısı Niyazi Bayramovla təmaslar qura bilmir. Mühim rəsmi tədbirlərə dəvət almır və özü də bilir ki, yaxın günlərdə tutduğu vəzifəsini itirməklə yanaşı vəzifədə olduğu illərə dair aparılan yoxlamalara cavab vermək məcburiyyətində qalacaq.

Əlavə olaraq qeyd edək ki, Niyazi Bayramov Gəncəyə icra başçısı təyin edildikdən sonra Gəncə İrca Hakimiyyətinin aparatına daxil olan əksər yüksək vəzifəli şəxsləri tutduqları vəzifələrindən azad edib. Mənbəmiz bildirir ki, yaxin günlərdə N.Bayramov Gəncənin əsas rayonunun başçısı ilə bağlı da konkret qərar verəcək. Görünən odur ki, yeni icra başçısı Elmar Vəliyevin kadrları ilə işləmək istəmir və Elmar Vəliyevin bütün kadrlarını çox radikal qayada vəzifəsindən azad edir.

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:56 Elmar Vəliyevə atılan güllənin əsl ünvanı hara olub? – Araşdırma Bir neçə gündür ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyevə edilən sui-qəsd cəhdi ilə bağlı müzakirələr ölkə gündəmini dərindən məşğul edib. Hər şey ondan başladı ki, Azərbaycanda nadir hallarda yaşana biləcək enerji böhranı günü mühüm bir dövlət adamına güllə
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az