t s

» » Polkovnik baş NAZİRLƏ Sahil Babayevə SƏSLƏNDİ: "Sən demə, Veteranın da "ağı-qarası" olarmış"

Polkovnik baş NAZİRLƏ Sahil Babayevə SƏSLƏNDİ: "Sən demə, Veteranın da "ağı-qarası" olarmış"

10-10-2018, 00:00 Yazar:  Gülnar Baxılıb: 4818 Çap et
Polkovnik baş NAZİRLƏ Sahil Babayevə SƏSLƏNDİ: "Sən demə, Veteranın da "ağı-qarası" olarmış"
"Tanrı Azərbaycanımızı təsadüfi məmurların səriştəsiz idarəçiliyindən qorusun!"

Polkovnikdən Novruz Məmmədovla Sahil Babayevə müraciət - "Bu məsələni BİRDƏFƏLİK həll edin!"

Uzun illər jurnalistika sahəsində çalışdığım iş prinsiplərindən və metodlarından biri o olub ki, dövlət və ya hökumət strukturlarında çalışmış vəzifəli şəxslər ilə bağlı yalnız vəzifədə olduqları müddətdə hansısa tənqidi fikirlərimi, qeydlərimi yazıram.

Çox nadir hallarda mən bu qaydanı pozmuş oluram. Bu gün demək olar ki, həmən məqamdır. Bəlkə də, kimlərsə məni qınaya bilər ki, indi artıq sabiq nazir statusunda olan Səlim Müslümovla bağlı o vəzifədən gedəndən sonra hamı danışır, yazır, mən də bu prosesdə iştrak edirəm. Amma, reallığı bilənlər bilir ki, bu əsla belə deyil və aşağıda qeyd edəcəklərim hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri hörmətli Sahil Babayevə və Nazirlər Kabinetinin yeni rəhbəri hörmətli Novruz Məmmədova ünvanlanmış bir müraciətdir.

Özü də bu müraciəti inanıram ki, həm hökumət rəhbəri ya özü, ya da onun cavan, perspektivli, ən çətin sahələrdən biri sayılan sosial sahə ilə bağlı bütün məsələlərin həlli həvalə edilmiş hörmətli Sahil Babayev tez bir zamanda HƏLL EDƏCƏKLƏR. Məsələ burasındadır ki, bu sual artıq 1 may 2012-ci ildən bu vaxta kimi hələ də öz həllini tapmayıb. Ancaq, inanıram ki, 2018-ci ilin yaxın vaxtlarında bu özbaşınalığa nəhayət ki, son qoyulacaqdır. Bu özbaşınalığın adı Səlim Müslümov özbaşınalığı və qanunsuzluğudur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbəri Səlim Müslümov 2012-ci ildə hələ o vaxt Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri olarkən ÖZBAŞINA, heç bir hüquqi əsas olmadan çox yalnış və səhv qərar qəbul edərək "əmək pensiyası alan müharibə əlillərinə, müharibə veteranlarına, şəhid ailəsi üzvlərinə, 1-ci və 2-ci qrup əlil olmuş şəxslərə, Böyük Vətən Müharibəsi iştrakçılarına, Böyük Vətən Müharibəsi iştrakçılarının dul qalmış arvadlarına və Böyük Vətən Müharibəsi zamanı fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinat kimi 11 (on bir) manat sosail müavinatın ödənişini dayandırmışdır. Və bunu, başı batmamış Səlim Müslümov və yəqin ki, onun pulla təhsil almış "hüquqşunasları" belə əsaslandırmışlar ki, "Sosial müavinatlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən təyin edilmir. Necə deyərlər, bərakallah sənin "hüquqşunasına", Səlim Müslümov! İnanıram ki, yeni nazir hörmətli Sahil Babayev bu "dərin savadlı" hüquqşunasları da çağırıb onların keçmişi və bilik, bacarıqları ilə yaxından maraqlanacaq.

Mən Qarabağ Müharibəsi iştrakçısı kimi Veteranam. Mən təqaüdə çıxarkən mənə təyin edilən pensiyaya əlavə kimi 11 manat müavinat hesablanmışdı. Bu tam qanunidir və bir qədər aşağıda izahını da verəcəyəm. Pensiya təminatının tərkib hissəsi kimi mən və mənim kimi Müharibə Veteranları 11 manat məbləğində pul təminatını alırdıq. Lakin, Azərbaycan Respublikası DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.15-ci maddəsinə, "Sosial müavinatlar haqqında" Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 24.02. 206-cı il tarixli, 373 nömrəli Fərmanına istinad edilərək belə qərarın qəbulu bildirilirdi.

Hörmətli Baş Nazirimiz və yeni ƏƏSM naziri üçün Xüsusi olaraq qeyd edirəm ki, 11 manat məbləğində müavinatın verilməsi Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında" 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə Veteranı" adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanları əsasında həyata keçirilmişdir.

01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Sosial müavinatlar haqqında" Qanun və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanı isə Azərbaycan Respublikası Prezidentinin 11 manat məbləğində müavinatla əlaqədar olan 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli və 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanlarını LƏĞV ETMƏMİŞDİR!.

Onu da qeyd edim ki, "Veteranlar haqqında "Azərbaycan Respublikasının Qanunu 28 iyun 1994-cü il tarixində mərhum eks-prezident Heydər Əliyev tərəfindən 841 saylı Qərarla təsdiq edilmişdir. Əziz hüquqşunaslar izah etsinlər ki, əgər "Veteranlar haqqında" Qanun 12 il sonra, yəni 2006-cı ildə qəbul edilmiş "Sosial müavinatlar haqqında" haqqından qanundan ƏVVƏL qəbul edilib təsdiq edilmişsə, bu necə olur ki, QANUN GERİYƏ ŞAMİL OLUNMUR kimi dünyəvi dəyərlər doğma Azərbaycanımızda hansısa savadsız hüquqşünas və ya onun başında olan özünü Qanundan üstün tutan hansısa Səlim Müslümov ağlında olan təsadüfi nazir tərəfindən kefi istədiyi şəkildə kobud pozulur? Yenə deyirəm ki, söhbət o hansısa 11 manatdan getmir. Sadəcə, bu da bir absurdluqdur ki, İŞLƏYƏN Müharibə Veteranına yolunda əziyyət çəkdiyimiz hökumət 55 (əlli beş) manat müavinat ödəyir, amma işləməyən, mənim kimi pensiyada olan müharibə veteranına cəmisi 11 manat müavinat nəzərdə tutulur və oda verilmir?! Bəs mənim və mənim kimi MİNLƏRLƏ ƏSL KİŞİLƏRİN "Müharibə Veteranı" statusumuza görə bizə verilən o müavinat nərdədir? Səsiniz gəlsin, 5 min-8 min manat civarında məvacib davası döyən, "əziyyət çəkən" millət vəkili statusunda olan arkadaşlar! Sən demə, Veteranın da "ağı-qarası" olarmış, İlahi, bunu da bizə yaşatdılar.

Ən sonda. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 25 aprel 2013-cü il tarixli İş№2-2(102)-356/13 saylı QANUNİ QÜVVƏYƏ MİNMİŞ QƏRARI da mövcuddur ki, bu qəbildən olan işlərlə bağlıdır. Orada çox aydın şəkildə yazılıb ki, 01.05.2012-ci il tarixdən ödənilməsi dayandırılan 11 manat müavinatın HƏMİN TARİXDƏN ödənilməsinin davam etdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilməsi təmin edilsin. Göründüyü kimi, 2012-ci ilin 1 may tarixindən düz ALTI İL keçməsinə baxmayaraq müavinatlar ÖDƏNİLMİR.

Hörmətli cənab Baş Nazir və ƏƏSM naziri!

Sizə MİNLƏRLƏ hüquqları 6 ildir kobud şəkildə pozulmuş Qarabağ müharibəsi və digər müharibə iştrakçıları adından müraciət edirəm. Gəlin, bu məsələni BİRDƏFƏLİK həll edin! Bunu həll etmək isə çox asandır. Səlim Müslümovun mal-mülkünün bir hissəsi satışa çıxarılır və əldə olunan vəsait 6 il yığılıb qalan, əslində isə vicdansızcasına xərclənən pulların əvəzində "Müharibə Veteranlarına" ödənilir. Siz olursunuz sağ, biz də oluruq salamat!

Tanrı Azərbaycanımızı təsadüfi məmurların gicbəsərliyindən, səriştəsiz idarəçiliyindən qorusun!
P.S. Qarabağ və digər Müharibə Veteranlarından çox xahiş edirəm ki, siz bu statusu paylasın ki qoy oxuyub səsimizə səs versinlər!!!


Üzeyir Cəfərov,
Ehtiyatda olan polkovnik-leytenat,
Hərbi ekspert




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az