t s

» » Qəbul imtahanlarında qaydalar dəyişdi - Maksimal bal neçə olacaq? - VİDEO

Qəbul imtahanlarında qaydalar dəyişdi - Maksimal bal neçə olacaq? - VİDEO

9-10-2018, 22:43 Yazar:  Gülnar Baxılıb: 83 Çap et
Qəbul imtahanlarında qaydalar dəyişdi - Maksimal bal neçə olacaq? - VİDEO
Növbəti ildənburaxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detalları məlum olub. İmtahanlarda dinləmə bacarığı tələb edən və yeni açıq tipli suallardan istifadə ediləcək. Buraxılış və ali məktəblərə qəbul imtahanlarınınnəticələrinin toplanaraq 700 bala çatdırılacağı əsas yeniliklərdəndir.

2019-cu ildə buraxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detallari məlum olub. Abituriyentlər maksimum nəticə olan 700 balın 300-nü buraxılış, 400-ü isə qəbul imtahanlarında toplaya bilərlər.

Növbəti il ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yenilik sualların məzmunu ilə bağlıdır. Dövlət İmtahan mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin verdiyi məlumata görə növbəti il imtahanlarda yeni açıq tipli suallar salınacaq.

İxtisas qruplarında hər fənn üzrə salınacaq 30 sualdan 22-si qapalı, 8 isə açıq tiplidir. Açıq tipli 8 sualdan 5-i ənənəvi, 3-ü isə məhz yeni model, həll yollarının göstərilməsi vacib olan suallardır.

Yeniliklər bununla bitmir. Belə ki, xarici dil fənnindən salınacaq suallarından bir neçəsi dinləmə bacarığı tələb edir. Bu məqsədlə imtahan zallarında xüsusi dinləmə qurğularının yerləşdirilməsi nəzərdə tutulub.

9-cu sinif üzrə buraxılış imtahanlarında suallardakı yeniliklə yanaşı fənlərin sayında artım var.

Dəyişikilklər Dövlət İmtahan mərkəzi və təhsil nazirliyi tərəfindən birgə hazırlanıb və nazirlər kabinetinə təqdim edilib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:50 Bilik Fondu ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri alimlərlə görüşdürdü Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşdə AMEA-nın Aşqarlar Kimyası
10:38 Ali məktəblərdə tədrisə tam və qismən cəlb olunanlara dair yeni tələblər müəyyənləşdirilib Yalnız tədrisə tam cəlb olunan tələbəyə əlavə fənlər seçməyə icazə veriləcək Ali məktəblərdə əyani formada tədrisə tam və qismən cəlb olunmadan asılı olaraq kreditlərin sayı fərqli olacaq. Mediaxeberleri.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsil müəssisələrinin
11:27 Ali məktəblərə ərizə qəbulu başladı SQK-lar hər gün saat 9-dan 17-dək fəaliyyət göstərirlər. Bu gündən 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət
11:44 Xanlar əminin inanılmaz ölümü... O hadisə nə vaxt olub? İlini bayaqdan xatırlamağa çalışıram, heç yadıma gəlmir – yaddaşım o qədər korşalıb ki! Amma olay tam gözümün önündədir. ...Dədəm Yasamal bazarının arxasına döndü, deyəsən, geri qayıtmaq üçün belə etmişdi. Bu zaman qara bir “Volqa” çox kobud, təhlükəli tərzdə qarşımıza
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az